ANALİTİKA

12 Sentyabr
6

İş adamları nə vaxt şəkər tutur? – ƏLAMƏTLƏR

Biznes fəaliyyəti ilə məşğul olan şəxslər daima gərginlik və stress şəraitində işləyirlər. İqtisadiyatda böhran və narahatlıqlar başlayanda isə gərginlik qat-qat artır. Belə həyat tərzi insanlardə bəzi xəstəliklərin yaranmasana səbəb ola bilər ki, bunlardan da ən geniş yayılanı şəkərli diabetdir. Fins.az «İpək Yolu» jurnalına istinadən xəstəliyin yaranması səbəblərini və risk qrupunu açıqlayır:

Şəkərli diabet- nisbi ve mutləq insulin çatışmazlığı nəticesində qanda qlukozanin xronik artımı ile müşayiet olunan endokrin sistem xəstəliyidir. Diabetli xəstələrin sayı günü-gündən,xüsusən gününü ofisdə oturaraq keçirən iş adamların arasında durmadan artır.

Şəkərli diabet nece yaranır?

Mədəalti vəzin insulin ifraz edən Langerhans adacıqlarının autoimmun zədələnməsi nəticəsinde insulin ifrazinin pozulması, fəaliyyət göstərən hüceyrələrin tam sıradan çıxması və sonunda 1-ci tip şəkərli diabetin yaranmasına səbəb olur. Adətən cavan yaşlı insanlarda rast gəlinir 2-tip səkərli diabet isə əksinə-qanda insulinin normal ve ya artıq olması, lakin orqanizmin hüceyrələrinin ona həssaslığının itməsi ilə müşayiət olunur.Yaşlı insanlarda daha çox rast gəlinir.

Risk qrupuna daxil olan insanlar kimlərdir?

-İrsiyyətde diabeti olan insanlar

-Artıq çəkidən əziyyet çəkənlər

-Xroniki stresslər

-Qidalanma pozğunluğu

-Digər endokrin xəstəlikləri olanlar

Əsas şikayətlər hansılardır?

-ağizda quruluq, sussuzluq

-əsəbilik,əllərde, ayaqlarda keyləşmə, yanma, donma hissinin olması

-gəcələr sidiye tez-tez gətmə

-qaşınma
-arıqlama və ya çəkinin artması

Oturaq həyat tərzi keçirən iş adamlarında stress faktorunun daimi olması, çox yemək, asan həzm olunan karbohidratlardan aşırı istifadə onlarda şəkərli diabetə tutulma riskini daha da artırır. Ona görə bu risk qrupuna aid olan insanlar vaxtaşırı, 6 ayda bir dəfə aclıq qan şəkəri, qlükohemoqlabin, OGTT testi etməli və hər hansı bir şübhə doğuracaq nəticə gördükdə, mütləq endokrinoloqa müraciət etməlidirlər.

Oturaq həyat tərzi keçirən insanlara, xüsusən iş adamlarına məsləhət:

İlk növbədə düzgün qidalanma - yağlı və asan həzm olunan karbohidratları qida rasionunda məhdudlaşdırmaq, stressdən uzaq durmaq, fiziki hərəkətlərin sayını çoxlaltmaq, çəkiyə nəzarət etmək.

Mənbə: "İpək yolu" jurnalı