ANALİTİKA

12 Sentyabr
3

Qadınlar üçün yeni qazanc üsulu

Azərbaycanda qadınların işdən kənar əlavə gəlir əldə etməsi üçün yaxşı imkan yaranıb. Fins.az-ın məlumatına görə, bəzi peşələrdə işləyən xanımlar eyni zamanda sığorta məhsulları da sataraq gəlir əldə edə bilərlər. Söhbət qadınların çalışdığı sahələrə yaxın olan sığorta məhsullarından gedir. Sığorta ekspertləri hesab edirlər ki, gözəllik salonlarında və satış sahələrində çalışan xanımlar sığorta məhsullarının uğurlu satışını təşkil edə bilərlər.

Gözəllik salonlarında ev sığortası

Əslində qadınların sığorta satmaq imkanları məhduddur. Kişilərdən fərqli olaraq onların bəzi sahələrə (məsələn avtomobil biznesi, daşınmaz əmlak satışı və s.) çaxışı demək olar ki yoxdur. Əvəzində gözəllik salonlarında çalışan xanımlar eyni zamanda sığorta məhsullarını satmaqla da əlavə gəlir əldə bilərlər. «Asprof» sığorta agentliyinin direktoru Cahid Qurbanov fins.az-a bildirib ki, bu xidmətləri təklif edən xanım ustalar söhbət əsnasında müştərilərinə sığorta məhsullarını da təqdim edə bilərlər: «Hər bir ailədə evlə bağlı qayğıları daha çox xanımların üzərində cəmləşib. Bu baxımdan evlərin icbari sığortasının gözəllik salonlarına gələn xanımlara təqdim edilməsi məqsədə uyğundur».

Qadınlar avtomobil və tibbi sığorta da sata bilər

Amma gözəllik salonlarının sığorta mövzusu təkcə mənzilin sığortalanması ilə bitmir. Ekspertlər bildirir ki, salondakı ustalar müştərilərini digər sığorta növlərinin vacibliyinə də inandıra bilərlər: «Avtomobili olan xanım müştərilərə avtomobil sığortası təklif edilə bilər. Bəzi sağalmaz xəstəliklərin gözəllik salonları vasitəsilə keçdiyini nəzərə alsaq, tibbi sığortanın satışını da həyata keçirmək olar». Bir qayda olaraq gözəllik salonlarının müştəriləri öz ustalarına etiar etdikləri üçün onların təsiri ilə sığorta almaları şansı daha böyükdür. Bu mənada salon işçiləri əlavə gəlir barədə danışa bilərlər.

“Sığortanı səyyar kosmetik məhsullar satan xanımlar da sata bilər”

Səyyar kosmetik məhsullar satan xanımların da sığorta satışı ilə bağlı böyük potensialı var. Qapı-qapı gəzərək kosmetika satan xanımlar evlərin icbari sığortasını da təklif edə bilərlər. C.Qurbanov hesab edir ki, belə səyyar satıcıların müştəriləri qadınlar olduğu üçün evlərin sığortalanması da onların marağındadır. Bu baxımdan daşınmaz əmlakın icbari sığortasını uğurla həyata keçirmək olar.

“Məişət cihazları satan xanımlar ”

Məişət cihazları satan firmaların səyyar xanım işçiləri də sığorta satışından əlavə gəlir əldə edə bilərlər. C.Qurbanov bildirir ki, evlərin icbari sığortası ilə yanaşı, satılan məişət avadanlıqları və elektron cihazlarının sığortasını da təklif etmək olar. Eyni sığorta məhsullarını məişət salonlarında çalışan qadınlar da sata bilərlər.

Qazanc nə qədər olacaq?

Sığorta məhsullarının satışı kifayət qədər gəlirli sahədir. Faktiki olaraq söhbət sığorta agenti fəaliyətindən gedir. Azərbaycanda formalaşmış ənənəyə görə, sığorta agentinin qazancı toplanan sığorta haqqının 15%-ni təşkil edir. Bəzi hallarda isə sığorta agentinə çatan hissə 20-25%-ə yüksəlir. Məsələn, gözəllik salonunda müştərisini evini sığortalamağa razı salan usta, mənzilin icbari sığortası üçün ödənilən 50 manat sığorta haqqının 10 manatını qazanacaq. Sığorpta haqqı böyüdyükcə, qazanc da artır. Məsələn, avtomobilin illik kasko sığortası 300 manatdırsa, onu satan şəxs 40-60 manat ətrafında qazanc əldə edir. Ən əsası da odur ki, bu gəliri iş yerini tərk etmədən əldə etmək olar. Əsas məsələ inandırma qabiliyyətinin olmasıdır.