ANALİTİKA

19 Sentyabr
101

Azərbaycanda özünü dolandıra bilməyən rayonlar hansılardır?

Azərbaycanda heç də bütün şəhər və rayonlar xərclərini öz gəlirləri hesabına təmin edə bilmir. Fins.az-ın məlumatına görə, hazırda ölkədə 65 inzibati ərazidən yalnız bir neçəsi öz xərclərini qarşılamaq gücündədir. Qalan şəhər və rayonlar dotasiyadadır. Bəzi rayonlara mərkəzi büdcədən az vəsait ayrılsa da, elə bölgə var ki, xərclərinin 70-80-%-ni mərkəz ödəyir.

6 şəhər və rayon öz xərclərini ödəyə bilir

Azərbaycanda 6 rayon və şəhərin gəlirləri xərclərini üstələyir. Bunlar paytaxt Bakı, iri kimya müəssisələrinin yerləşdiyi Sumqayıt, ölkənin əsas elektrtik enerjisi təchizatçısı Mingəçevir və sənaye müəssisələrinin olduğu Şirvan, eləcə də Abşeron və İmişli rayonlarıdır. 2016-cı ilin dövlət büdcəsi layihəsinə əsasən gələn ildən bu siyahıya Naftalan şəhərinin də əlavə olunacaq. Səbəbi odur ki, son illər turizm sektorunun sürətli inkişafı şəhərin gəlirlərini artırıb.

Növbə Qəbələ və Xaçmazındır

Büdcə layihəsinə əsasən, gələn il 6 bölgə yarıdan çoxunu özü təmin edəcək. Bunlar Gəncə, Qəbələ, Yevlax, Xaçmaz, Beyləqan və Şəkidir. Ölkənin ikinci ən böyük şəhəri son illər sürətli inkişaf etsə də, hələlik xərclərinin bir hisəsini mərkəzi büdcə hesabına təmin edir. Qəbələ və Xaçmaz isə rayondakı turizm və yüngül sənaye obyktlərinin faydasını hiss etməyə başlayıblar. Xüsusilə Qəbələ rayonunda kənd təsərrüfatı və emal, turizm obyektlərinin artması rayonun gəlirləri yüksəldib. Turizmdən pul qazanmaq imkanları Şəkidə də genişdir. Digər 3 rayon isə aqrar sektorun inkişafı baxımından müsbət nəticələr əldə edib.

Büdcədən asılı olan rayonlar

32 şəhər və rayonda isə yerli gəlirlərin yerli xərclərə nisbəti 25-50% civarındadır. Başqa sözlə, bu bölgələr xərclərinin heç yarısını da ödəyə bilmir və büdcədən ayrılacaq dotasiyadan ciddi şəkildə asılıdırlar.

20 şəhər və rayonda isə yerli gəlirləri xərclərin heç 4-də birini də ödəmir, yəni gəlir-cərc nisbəti 25%-ə çatmır. Belə rayonların yarısı – 10 rayon - Ermənistanın işğal etdiyi ərazilərdir. Məsələn, onlardan biri – Zəngilan rayonu xərclərinin 23,3%-ni ödədiyi halda, Kəlbəcərdə bu nisbət 6,5%-dir. Bununla yanaşı, işğal altında olmayan 10 rayonda da var ki, xərcini ödəməkdə çətinlik çəkirlər. Bu sahədə ən pis vəziyyət Lerik və Yardımlıdadır. Bu rayonlar öz xərclərinin 15%-ni də ödəyə bilmirlər.

Şəhər və

rayonlar

Yerli gəlirlər

(manatla)

Yerli xərclər

(manatla)

Gəlir-xərc

nisbəti

1

Bakı

6 015 106 000

210395543

28,6 dəfə

2

Sumqayıt

83 964 000

68515000

122,55%

3

Şirvan

16 210 000

15631000

103,70%

4

Abşeron

34 839 000

34594000

100,71%

5

Mingəçevir

29 267 000

29094000

100,59%

6

İmişli

20 123 000

20050000

100,36%

7

Naftalan

3 762 000

3750000

100,32%

8

Gəncə

43 195 000

59268401

72,88%

9

Qəbələ

13 019 000

19679976

66,15%

10

Yevlax

14 360 000

23304309

61,62%

11

Xaçmaz

18 668 000

30692438

60,82%

12

Beyləqan

8 300 000

16171117

51,33%

13

Şəki

18 640 000

36867254

50,56%

14

Siyəzən

4 000 000

8051748

49,68%

15

Astara

9 246 000

18709157

49,42%

16

Hacıqabul

5 100 000

10 775929

47,33%

17

Lənkəran

16 000 000

35028375

45,68%

18

Quba

12 900 000

28 820951

44,76%

19

Tovuz

14 350 000

32931334

43,58%

20

Saatlı

7 981 000

18 791762

42,47%

21

Göyçay

8 600 000

20560171

41,83%

22

Sabirabad

10 400 000

25 808719

40,30%

23

Şabran

4 374 000

11226482

38,96%

24

Kürdəmir

7 000 000

18 202070

38,46%

25

Bərdə

10 600 000

29178132

36,33%

26

Biləsuvar

5 300 000

15 080 851

35,14%

27

Neftçala

5 300 000

15 106 609

35,08%

28

Şamaxı

6 700 000

19 446 147

34,45%

29

Salyan

7 800 000

22 677 232

34,40%

30

Qazax

6 750 000

19 670 799

34,31%

31

Qobustan

2 900 000

8 689 985

33,37%

32

Xızı

1 865 000

5 629 746

33,13%

33

Ağcabədi

8 200 000

24 835 872

33,02%

34

Masallı

8 400 000

27 137 969

30,95%

35

Zaqatala

7 270 000

23 754 468

30,60%

36

Göy-göl

4 400 000

14 895 905

29,54%

37

Tərtər

4 600 000

15 755 791

29,20%

38

Balakən

4 750 000

16 470 032

28,84%

39

İsmayıllı

5 698 000

19 856 463

28,70%

40

Şəmkir

10 960 000

39 066 037

28,06%

41

Qusar

5 170 000

19 176 194

26,96%

42

Ucar

4 200 000

15 612 752

26,90%

43

Oğuz

2 900 000

11 271 684

25,73%

44

Ağdaş

5 100 000

19 832 464

25,72%

45

Ağstafa

4 200 000

16 743 545

25,08%

46

Daşkəsən

2 900 000

11 605 645

24,99%

47

Zəngilan

2 200 000

9 446 025

23,29%

48

Ağsu

3 400 000

14 606 050

23,28%

49

Zərdab

3 119 000

13 849 063

22,52%

50

Füzuli

6 475 000

29 091 703

22,26%

51

Cəlilabad

6 883 000

31 505 957

21,85%

52

Samux

2 800 000

12 960 087

21,60%

53

Qax

3 500 000

16 454 555

21,27%

54

Qubadlı

2 300 000

10 922 072

21,06%

55

Goranboy

4 650 000

23 568 763

19,73%

56

Gədəbəy

4 560 000

24 814 943

18,38%

57

Şuşa

1 280 000

7 226 837

17,71%

58

Xocavənd

748 000

5 074 908

14,74%

59

Yardımlı

2 000 000

14 069 275

14,22%

60

Ağdam

5 110 000

38 489 542

13,28%

61

Lerik

2 188 000

16 783 468

13,04%

62

Cəbrayıl

1 400 000

12 999 701

10,77%

63

Xocalı

420 000

3 935 870

10,67%

64

Laçın

2 200 000

22 452 932

9,80%

65

Kəlbəcər

1 400 000

21 615 151

6,48%

Cəmi

6 602 000 000

1 538 281 000

4,3 dəfə