ANALİTİKA

30 Sentyabr
2

"Mənzili uzunmüddətli kreditlə alın" - EKSPERT

Bakıda yeni tikililərdə satılan mənzilləri almaq üçün ən sərfəli variant onları uzun müddətli kreditlə almaqdır. Bu barədə fins.az-a «Koneka» qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucov bildirib. Qeyd edək ki, hazırda Bakı şəhəri və ətraı qəsəbələrdə salınan yeni yaşayış komplekslərində mənzillər uzun müddətli kreditlə çox kiçik aylıq ödənişlərlə satılır. Bu kredit sistemlərində aylıq ödənişin məbləği aşağı olsa da, kredit uzunmüddətli olduğuna görə, son nəticədə ödənilən məbləğ mənzilin nağd qiymətindən bir neçə dəfə artıq olur.

Onsuz da hər il pul ucuzlaşır

Ekspert bildirir ki, mənzilləri uzunmüddətli kreditlə almaqdan çəkinmək lazım deyil: «Əlbəttə ki, uzunmüddətli olsa da, aylıq ödənişin aşağı məbləği ilə almaq məqsədəuyğundur. Çünki onsuz da təbii inflyasyiya var. Bu inflyasiya bütün dövlətlərdə mövcuddur». Ekspert bildirir ki, doğrudur, uzunmüddətli kreditlə alınanda hər il mənzilin qiymətinə faizlər əlavə olunur, amma hətta bu halda da uzunmüddətli kreditlə ev alınması daha sərfəlidir: «Bu gün ödədiyimiz mənzilin dəyəri gələn il o biri il tamam başqa olacaq. Hətta faizlər əlavə olunsa da».

«Hər şirkətin evini almaq olmaz»

Bununla yanaşı, ekspert məsləhət görür ki, müştərilər sonradan problemlə üzləşməmək üçün uzunmüddətli kreditlə ev alanda bəzi məsələlərə diqqət yetirsinlər: «Söhbət ondan gedir ki, əgər ortada bank təminatı yoxdursa, evi ciddi şirkətlərdən və ciddi MTK-lardan almaq lazımdır. Çünki bəzi hallarda müştəriləri aldadırlar, əvvəlcədən ödəniş alınır ki, bina tikiləcək, müqavilə bağlanılır. Sonra məlum olur ki, bu şirkətin ev tikməyə gücü çatmır».

Bank da ciddi olmalıdır

V.Orucov deyir ki, məsələnin etibarlı olması üçün hətta bank təminatı verən bankın özünə də diqqət yetirmək lazımdır. Hətta bank təminatı olsa da, baxmaq lazımdır ki, bankın özü nə qədər ciddidir.

«Bünövrədən ev almaq məsləhət deyil»

Qeyd edək ki, əksər hallarda binalarda mənzillərin satışı tikinti başa çatmadan, bəzi hallarda isə hətta tikinti başlamadan start verilir. Alıcıları belə halla həvəsləndirən əsas səbəb yarımçıq binalarda qiymətlərin hələ ucuz olmasıdır. Belə ki, binanın tikintisi başa çatdıqdan sonra qiymətlər də yüksəlir. Ekspert isə bildirir ki, sonradan problemlə üzləşməmək üçün hazır binalardan ev almaq daha etibarlıdır: «Bünövrədən almaq çox risklidir. Çünki indi risklər artıb. Bəzən binada tikinti işləri gedir, amma dəqiq bilmirsən başa çatdıracaqlar ya yox».

Ekspert bildirir ki, binaların tikinti işlərinin sonuna yaxınlaşdıqca, risqlər də zalır. Alıcılar ev aldıqda bu amili nəzərə almalıdırlar: «Fikir verməlidirlər ki, tikinti hansı mərələdədir. Nə qədər çox iş görülübsə, o qədər risk azdır. Amma bünövrədən almaq məsləhət deyil».

«Bəlkə görüntü üçün işləyirlər»

Şirkət rəhbərinin fikrincə, bəzən hətta binada tikniti işlərinin aparılmasına da onun təhvil veriləcəyinə və sonradan problemin yaranmayacağına zəmanət vermir: «Alıcı baxmalıdır ki, şirkət nə qədər ciddidir. Və onun tarixində müştərilərlə məhkəmə problemi olubmu? Tikintinin sürəti ilə də maraqlanmaq olar. Ətraf binalardan da soruşmaq olar ki, doğrudanmı ciddi iş gedir, yoxsa, bu sadəcə görüntüdür?»