ANALİTİKA

16 Dekabr
4

Dolların qiyməti ilə bağlı SON VƏZİYYƏT

Bakıdakı valyuta dəyişmə məntəqələrində dollarla olan vəziyyət hələ ki, sabitdir. Bu barədə fins.az-a paytaxtın mərkəzindəki "exchange"lərdən məlumat verilib. “Exchange" əməkdaşları deyirlər ki, dollar alışında hər hansı bir canlanma yoxdur: “Gün ərzində 20-40 nəfər dollar almaq üçün müraciət edir. Bu da adi günlərlə eynidir. Müştərilərin aldıqları dolların məbləğində də artım yoxdur. Məsələn, bir müştəri daha çox 2-5 minlik valyuta dəyişir. Son vaxtlar 10 min dollardan yüksək valyuta dəyişən olmayıb”.

“Dollar bahalaşa bilər”

Hazırkı vəziyyət sabit olsa da, “exchange"lərdə dollara tələbatın artacağını gözləyirlər. Bazar iştirakçıları bildirir ki, bildirirlər ki, hələlik dollar alan artmasa da, onunla maraqlanan daha çoxdur: “Hər gün 40-50 nəfər zəng vurub dolların məzənnəsi ilə maraqlanır”.

Bu günkü rəsmi məzənnəyə görə dollar ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları ötən günki 1,0494 manatdan bu gün 1,0491 manata düşüb. Hazırda Bakının mərkəzindəki valyutadəyişmə məntəqələrində isə 1 dollar 1,053 manata alınır, 1,0553 manata satılır.

Avro və rubl satışı azalıb

Bakıda avro və rubla tələbat isə azalıb. “Exchange"lərdə bildirirlər ki, avronun satışında azalma onun məzənnəsinin yenidən yüksəlməsindən sonra baş verib: “Gün ərzində cəmi 10 min avro dəyişirik. Bu da əvvəlkinə nisbətən çox aşağıdır”.