ANALİTİKA

18 Fevral
3

Mərkəzləşdirilmiş istilik sistemi sərfəlidirmi? - ARAŞDIRMA

Dekabr-fevral ənənəvi olaraq Azərbaycanda ən soyuq dövr hesab edilir. Məhz bu aylarda mənzilin isidilməsi üçün lazım olan xərclər özünü büruzə verir, halbuki biz buna mənzil alan zaman əhəmiyyət vermirik.

Qışda Bakıda orta temperatur 7,5-10,4 dərəcə təşkil edir. Bu orta illik temperaturu -5 və 10 dərəcə olan Şərqi Avropa ölkələrindən qat-qat mülayim hava şəraitidir. Amma cənubda yerləşən ölkənin paytaxtı üçün Bakıda qış kifayət qədər “sərin” keçir. Yeni tikililərin sakinləri vəziyyətdən iki çıxış yolu görür. Onlar ya öz evlərində istilik sistemi quraşdırır, ya da mərkəzləşdirilmiş istilik sistemi olan yaşayış kompleksində mənzil alırlar (söhbət yeni tikililərdən getdiyi üçün dövlət tərəfindən quraşdırılan istilik sistemləri nəzərdən keçirilmir).

Beləliklə mərkəzləşdirilmiş istilik sistemi olan kompleksdə mənzil almaq sərfəlidir, yoxsa evdə istilik sistemi quraşdırmaq?

Bir sıra önəmli fərqləndirici xüsusiyyətlər sizə düzgün seçim etməyə yardım edəcək. 100 kv metr sahəsi olan mənzildə quraşdırılmış fərdi istilik sisteminin (kombinin) işlətdiyi qaz üçün ayda 75 manatadək pul ödəmək lazımdır. Qaz sərfiyyatı sizin təyin etdiyiniz temperaturdan asılıdır. Mərkəzləşdirilmiş istilik sistemi üçün nümunə kimi “Renessans Palace” yaşayış kompleksini nəzərdən keçirək. İlkin qiymətləndirməyə əsasən burada kommunal xidmətlər üzrə ödəniş bir kvadrat metr üçün 0,7-0,8 manat səviyyəsində nəzərdə tutulub. Bu qiymətləndirmə ilə sahəsi 100 kv. metr olan mənzilin aylıq kommunal ödənişi 70-80 manat təşkil edəcək. Bu tam gücü ilə işləyən fərdi istilik sisteminin tələb etdiyi xərclə təqribən eynidir. Amma “Renessans Palace”-da kommunal xidmətlər üçün ödəniş istiliklə yanaşı olaraq həyətyanı sahələrin təmizlənməsini, mühafizə sistemini, lifti, yaşıllıqlara qulluğu və işıqlandırmanı da əhatə edir. Beləliklə, xərclərin təqribən eyni olmasına baxmayaraq, “Renessans Palace”-da daha çox xidmət əldə etmək olar. Qızdırıcı istilik daşıyıcılarının daha ucuz yanacaqla işləməsi sistemin ümumi qənaətcilliyini artırır.

Mərkəzləşdirilmiş istilik sisteminin digər üstünlüyü – mənzilin daxilində quraşdırma işlərini aparmağa ehtiyac yoxdur. Mövcud vəziyyətdə evdə istilik sisteminin quraşdırılması bir neçə min manat tələb edir ki, bu da çoxları üçün kifayət qədər böyük maliyyə itkisi deməkdir.

Mərkəzləşdirilmiş istilik sisteminin daha bir üstünlüyü – təhlükəsizlikdir. Qazanxanaların əksəriyyəti istənilən yanacaqla işləyə bilər ki, bu da həm mənzillərin, həm də sistemin təhlükəsizliyini təmin edir.

Ən nəhayət evdə quraşdırılan fərdi istilik sistemindən fərqli olaraq mərkəzləşdirilmiş istilik sistemi ekoloji cəhətdən təmizdir və mənzildə zərərli məhsulların yaranmasını istisna edir.

Sadalanları yekunlaşdıraraq qeyd etmək lazımdır ki, mərkəzləşdirilmiş istilik sistemi qənaətcil, təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli bir sistemdir. Xarici ölkələrin və Azərbaycanın təcrübəsi göstərir ki, mərkəzləşdirilmiş istilik sistemi çoxmənzilli evlərin isidilməsi zamanı istifadə olunan ən təkmil qurğulardan biridir.