ANALİTİKA

03 Mart
3

Sığorta sektorunda konsolidasiya səviyyəsi: 2010/2015 üzrə müqayisə

2015-ci ildə Azərbaycan sığorta sektorunda daxil olmuş sığorta haqları təxminən 443 milyon AZN təşkil edib. Anoloji rəqəm 2010-cu ildə 156 milyon AZN olub. Bu məqalədə Azərbaycan sığorta bazarının konsolidasiya səviyyəsi analiz edilib.

Cədvəl 1-də Azərbaycanda fəaliyyət göstərən həyat və qeyri-həyat sığorta şirkətlərinin bazardakı payları 2010 və 2015-ci illər üzrə müqayisəli şəkildə göstərilib. Cədvəldən göründüyü kimi, ilk 5 sığorta şirkətinin bazar payı 2010-cu ildə 52% olduğu halda, 2015-ci ildə bu rəqəm 67%-ə yüksəlib. Eyni şəkildə, anoloji dövrdə ilk 10 şirkətin bazar payı 79%-dən 84%-ə çatıb.

Cədvəl 1. Ümumi sığorta bazarında şirkətlər üzrə konsolidasiya səviyyəsi

Şirkətlərin sayı

2010-cu il

2015-ci il

1

16%

27%

2

26%

46%

3

36%

55%

4

44%

62%

5

52%

67%

6

58%

71%

7

64%

75%

8

69%

79%

9

74%

82%

10

79%

84%

Cədvəl 2-də ümumi sığorta bazarında növlər üzrə konsolidasiya verilib. Cədvəldən göründüyü kimi, ilk 5 sığorta növünün 2010-cu ildə bazar payı 69% olduğu halda, bu rəqəm tədricən azalaraq 2015-ci ildə 64%-ə enib. Eynilə ilk 10 sığorta növünün bazar payı da bu dövrdə 4% azalıb.

Növlərin sayı

2010-cu il

2015-ci il

1

23%

17%

2

38%

34%

3

53%

49%

4

62%

57%

5

69%

64%

6

75%

70%

7

80%

76%

8

85%

80%

9

88%

84%

10

90%

86%

İlk iki cədvələ əsasən, müqayisə edilən dövr ərzində Azərbaycan sığorta bazarında şirkətlər üzrə konsolidasiya səviyyəsinin yüksəldiyini, lakin sığorta növləri üzrə konsolidasiya səviyyəsinin azaldığını qeyd edə bilərik. Sadə dillə ifadə etsək, 2010-cu ildə nisbətən çox sayda sığorta şirkəti nisbətən az sayda sığorta növü ilə məşğul olurdusa, hazırda az sayda sığorta şirkəti çox sayda sığorta növü ilə məşğul olur. Yəni sığorta bazarında 20-dən çox sığorta şirkətinin fəaliyyət göstərməsinə baxmayaraq, dominantlıq edən şirkətlərin sayı azalmış və bu şirkətlər öz növbəsində bazara daha çox adda sığorta məhsulu təklif etməyə başlamışlardır. Bu baxımdan mövcud bazar strukturunu oliqopol bazara bənzədə bilərik. Məhsul çeşidliliyinin artmasında son illərdə tətbiq edilməyə başlanan icbari sığorta növlərinin rolu böyükdür.

Rəqabət səviyyəsinin ölçülməsində dünyada ən çox istifadə edilən indekslərdən biri Herfindahl-Hirschman İndeksidir. Aşağıda adı çəkilən indeksin düsturu verilib:


Burada, X - bütün növlər üzrə daxil olmuş cəmi sığorta haqqını, Xi- i sığorta şirkəti üzrə cəmi daxilolmaları göstərir. Qeyd edək ki, 1000-dən aşağı rəqəm bazarda rəqabət səviyyəsinin güclü olduğunu göstərir. 1000-1800 arası rəqəm orta rəqabətlilik, 1800-dən yuxarı rəqəm isə aşağı rəqabətlilik (yüksək konsolidasiya) səviyyəsini göstərir.

Azərbaycan sığorta bazarında mövcud rəqabət şəraitini öyrənmək məqsədilə hesablanan Herfindahl İndeksi 2015-ci il üçün 1344-ə bərabər olub. Xatırladaq ki, bu rəqəm 2010-cu ildə 759 olub.

Cədvəl 3. Sığorta bazarında şirkətlər üzrə HHİ gostəricisi

İllər

2010-cu il

2015-ci il

HHİ

759

1344

Azərbaycan sığorta bazarında mövcud konsolidasiya səviyyəsini ölçmək üçün istifadə edilən HHİ sektorda rəqabət şəraitinin getdikcə pisləşdiyini büruzə verir. Yəni artıq sığorta bazarında daha çox məhsulun təklif olunmasına baxmayaraq, dominant şitkərlərin sayı kəskin azalıb.

Hikmət Allahverdi

Sığorta bazarı üzrə mütəxəssis