Analitika

10 March
1

«Dollar kreditlərinə faiz hesablanmasın» – SORĞU

Azərbaycanda manatın devalvasiyasından sonra dollarla krediti olanlar banklardan güzəşt gözləyirlər. Fins.az-ın oxucular arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verib. Sorğuda iştirak edən «dollar» müştərilərinin əksəriyyəti hesab edir ki, dollar kreditlərinə faizlərin hesablanması dayandırılmalı, ödənişlər isə yalnız əsas borcu yönəldilməlidir. Qeyd edək ki, ənənəvi sorğuda “Dollar kreditlərinə necə güzəşt edilsin?” sualı qoyulub.

Sorğuda 784 nəfər iştirak edib. Onlardan 468-i və yaxud 59,7%-i yuxarıda qeyd edildiyi kimi, kreditlərə faiz hesablanmasının dayandırılmasını, aylıq ödənişin əsas borcu yönəldilməsini düzgün sayırlar.

Rəyi soruşulanların 126-sı və yaxud 16,1%-i isə hesab edir ki, müştəri dollar kreditini birbaşa bağlayırsa, dolların məzənnəsi daha aşağı götürülməlidir.

104 nəfər və yaxud respondentlərin 13,3%-i isə kreditin illik faiz dərəcəsinin azaldılmasında maraqlı olduğunu qeyd edib.

Sorğuda iştirak edənlərin 36-ı və yaxud 4,6%-i gecikməyə görə hesablanmış cərimə faizinin silinməsini, 26-sı və yaxud 3,3%-i aylıq ödənişin azı 50%-i əsas borca yönəldilməsini, yığılmış faizin sonra ödənilməsini istəyib.

Rəyi soruşulanların 24-ü və yaxud 3%-i isə kredit müqaviləsinin müddətinin artırılmasını təklif edib.