ANALİTİKA

28 Yanvar
5

Maliyyə sektoruna nə qədər kredit qoyulub? – TƏHLİL

Maliyyə sektoruna yönəldilən kreditlərin ən yüksək həddi 2016-cı ilin avqust ayında müşahidə olunub. Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, həmin vaxt maliyyə sektoruna 434 milyon manat kredit qoyulub.
Avqust ayından sonra isə bu sahədə azalma müşahidə edilib. Belə ki, 2016-cı ilin oktyabr ayında maliyyə sektoruna verilən kreditlərin məbləği 378 milyon manat, noyabrda isə 393 milyon manat təşkil edib.

2014-cü ilin ilk ayı yəni, yanvar ayında maliyyə sektoruna verilən kreditlərin məbləği 305 milyon manat təşkil edib . Lakin ilin sonunda - 2014-cü ilin dekabrında görürük ki, ilin əvvəlində verilən kreditlərin miqdarından təqribən 53 milyon manat az olub və 252 milyon manat təşkil edib.

2015-ci ildə isə verilən kreditlərin həcmi artıb. Belə ki, həmin ilin oktyabrında verilən kreditlərin məbləği 318 milyon manata qədər yüksəlib. 2015-ci ilin noyabrını həmin ilin oktyabr ayı və 2014-cü ilin noyabr ayı ilə müqayisə edəndə artımı açıq şəkildə görmək olar. 2015-ci ilin noyabr ayında kreditlərin miqdarı 321 milyon manat təşkil edib. Bu da ötən ilin eyni ayı ilə mqayisədə kifayət qədər çoxdur - 69 milyon manat.