Analitika

11 Fevral
2

TANAP altı layihəyə 14 mln. lirə məbləğində dəstək verəcək

Fins.az Reporta istinadən xəbər verir ki, Azərbaycan qazını Türkiyəyə və buradan Avropaya nəql edəcək Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin keçdiyi ərazilər üçün “Sosial və ətraf mühit sərmayə proqramları” icra olunmağa başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, TANAP proqramın ilk sırasında yer alan 6 layihəyə 14 mln. Türkiyə lirəsi məbləğində maliyyə dəstəyi verəcək.

TANAP bu layihələrə 2019-cı ilə qədər dəstək olacaq.