ANALİTİKA

03 Mart
3

Kredit təşkilatları kəskin dollarlaşmaya məruz qalıb – TƏHLİL

Əhalinin kredit təşkilatlarında olan depozitləri də azalıb. Fins.az xəbər verir ki, cəmi depozitlərin həcmi 5.7% və ya 1 milyard 340 milyon manat azalaraq 2016-cı ilin yekununda 22 milyard 91 milyon manat olub.

Mərkəzi Bankın statistikasına görə, 2016-cı ilin yekununda kredit təşkilatlarında yerləşdirilən depozit və əmanətlərin 41.3%-ni yəni, 9 milyard 114 milyon manatını qeyri-maliyyə təşkilatlarının, 33.7%-ni yəni, 7 milyard 449 milyon manatını ev təsərrüfatlarının, yerdə qalan hissəsini isə yəni, 5 milyard 528 milyon manat dəyərində olan 25%-ni maliyyə təşkilatlarının depozit və əmanətləri təşkil edir. Statistikadan da göründüyü kimi, ilk yeri qeyri-maliyyə təşkilatları tutur.

2016-cı ilin yekunu ilə müqayisədə 2015-cı ilin yekununda bu sıralamada ilk yeri 9 milyard 474 milyon manatla ev təsərüfatlarının, sonrakı yerləri isə 7 milyard 630 milyon manatla qeyri-maliyyə təşkilatları, 6 milyard 358 milyon manatla maliyyə təşkilatlarının depozit və əmanətləri tutub. Müqayisədən aydındır ki, maliyyə təşkilatları hər iki ilin yekununda 3-cü yeri tutub. Ev təsərrüfatları və qeyri-maliyyə təşkilatları isə bir-biriləri ilə mübarizə aparır.

2016-cı ilin yekununda ev təsərrüfatlarının depozit və əmanətlərinin 20.4%-i yəni, 1 milyard 517 milyonu manatla ifadə olunur. Onun 593 milyon manatı tələbli, 924 milyon manatı isə müddətli depozitlərdir. Xarici valyutada olan hissəsi isə 79.6% yəni, 5 milyard 931 milyon manatdır. Belə ki, onun 1 milyard 144 milyon manatı tələbli, 4 milyard 787 milyon manatı müddətli depozitlərdir.

Maliyyə təşkilatlarının depozit və əmanətlərinin 11%-i yəni, 609 milyon manatı manatla, 89%-i yəni,4 milyard 919 milyon manatı xarici valyutada yerləşdirilib.Yerli valyutada yerləşdirilən depozitlərin 72 milyon manatı tələbli, 537 milyon manatı müddətlidir. Xarici valyutada yerləşdirilən hissəsinin isə 675 milyon manatı tələbli, 4 milyard 244 milyon manatı müddətli depozitlərdir.

Və nəhayət qeyri-maliyyə təşkilatlarının depozit və əmanətlərinin 36.6%- yəni, 3 milyard 333 milyon manatı yerli valyutada , 5 milyard 781 milyon manat dəyərində hissəsi və ya faizlə desək 63.4%-i xarici valyutada yerləşdirilib. Xarici valyutada yerləşdirilən hissəsinin 2.984 milyard manatı tələbli, 2.797 milyard manatı isə müddətli depozitlərdir. Milli valyuta yerləşdirilən depozitlərin 1 milyard 970 milyon manat dəyərində olan hissəsi tələbli, 1 milyard 363 milyon mant dəyərində olan hissəsi isə müddətlidir.