ANALİTİKA

30 Mart
4

İnternet olmazsa nə baş verər? – ARAŞDIRMA

Bu gün yaşından, vəzifəsindən, kimliyindən asılı olmayaraq, insanların 30 %- i internet istifadəçisidirsə, 70%-i artıq internet alüdəçisinə çevrilib. Müxtəlif onlayn oyunlar arxasında saatlarını keçirən gənclər, onlayn ticarət üzərindən qazanc əldə edən insanlar sizcə, 1 gün internetsiz qala bilərlərmi? Bəs siz necə belə bir sorğu keçirilsə, bu suala cavab verə bilərdinizmi?

BBC-nin 2012-ci ildə keçirdiyi maraqlı sorğunu təqdim edirik.

Ekspertlər internetdən həddindən artıq çox istifadə edən 2 min kişi və qadın arasında sorğu keçirib. Sual belə qoyulub : "Bir gün internet olmasa, nə edərdiniz?" .

Təsəvvür edin, bir binanın internet xəttini kəsirsiniz. Sakinlər buna sadəcə müəyyən aqressiv reaksiyalarla cavab verər. Bir də təsəvvür edin ki, bütün planetin internet şəbəkəsinə çıxışı bağlanır. İnternet alüdəçiləri üçün bu, bir faciədir.

Sorğu nəticəsində məlum olub ki, amerikalıların 65% - i internet şəbəkəsinin verildiyi ölkəyə gedəcəklərini deyiblər. Onların ilk qorxusu Feysbuk və Tvitter dostlarından ayrı qalmaq olub.

14% amerikalı isə internet şəbəkəsinin kəsiləcəyi təqdirdə, dərin bir depressiyaya düşəcəklərini deyiblər.

Təxminən 10 % amerikalı tam əksini düşünüb. Onlar buna şad olacaqlarını bildirib. İnternet şəbəkəsi kəsilərsə, insanların qıcıqlandırıcı texnologiya vərdişləri nisbətən azalar.

6% insan məmnuniyyətlə, internet şəbəkəsini oflayn kompyuter oyunlarına dəyişəcəklərini deyiblər. Amerikalıların 2% maraqlı cavab verib. İnternet şəbəkəsi kəsilərsə, onlar birmənalı şəkildə yaşaya bilməyəcəklərini düşündüklərini qeyd ediblər. Onlar düşünür ki, internetsiz nə kariyera qurmaq olar, nə də iş-güc sahibi olmaq.

Ən maraqlı nüans odur ki, sorğuda iştirak edən pataloji internet alüdəçilərinin əksəriyyəti qadınlar olub.

Bu yaxınlarda keçirilən sorğunun 5 ili tamam olsa da, dəyişən tək şey internet istifadəçilərinin sayı olub. Artıq 3,5 milyard internet istifadəçisi var.

Amerikanın Stenfords universitetnin professoru Cef Hankok bu ekspermenti tələbələrinə təklif etdikdə, qarşılaşdığı reaksiya onu məyus edib. İnternet şəbəkəsini bağlayıb 2 gün müşahidə aparmaq istəyən professora tələbələrin cavabı birmənalı olub. Onlar heç bir eksperment uğruna öz sosial həyatlarını məhv etməyəcəklərini, əks tədqirdə, verilən dərsləri yerinə yetirməyəcəklərini deyiblər. Hankok gənc nəsilin internetə, sosial şəbəkələrə bu dərəcədə sıx bağlı olduğunu görüb eksperment fikrindən daşınıb.

2015-ci ildə ən qabaqcıl şəbəkə istifadəçilərinin internet portalı olan Reddit itifadəçilərinə dünyanın internetsiz təsəvvürünü təqdim etmək qərarına gəlib.

Şəbəkənin kəsildiyi an hər kəs "Ququlda internet niyə yoxdur" sualını axtarır və dayanmadan bütün səhifələri yeniləyirlər. Bir gün şəbəkəsiz qalmaq elə ciddi problem yaşatmasa da, bir neçə gün ardıcıl şəkildə simli-simsiz şəbəkənin yoxluğu internet üzərindən qazanc əldə edən insanları özündən çıxarıb. Onlayn mağazalar məhsullarını internet səhifələrinə yerləşdirmək üçün birmənalı şəkildə internetə ehtiyyac duyurlar.

Şəbəkəsiz həyat sürücülərin də xoşuna gəlməyəcək. Belə ki, onlar nəinki naviqatorlardan istifədə edə bilməyəcəklər, eləcə də terminal və bankomatlardan da məhrum olacaqlar.

Tibb sahəsində elə böyük çətinliklər yaşanmayacaq. Çünki həyat üçün vacib olan aparatların şəbəkə ilə bağlılığı yoxdur. Texnologiyanın inkişafı xəstəxanalarda qeydiyyatda olan xəstələrin xəstəlik kitabçalarının kompyuterlərə köçürülməsinə gətirib çıxarıb ki, internetsiz sadəcə onlara baxma mümklün olmayacaq . Bu da o qədər ciddi problem sayılmır.

İnternet şəbəkəsinin olmaması dünyada iqtisadi böhrana gətirib çıxarar. Banklarda pul köçürmələri və eləcə də bir sıra xidmətlər internet olmadan iflic olur.

Hər birimizin istifadə etdiyimiz ən bahalı ağıllı telefonlar da internetsiz heç bir işə yaramır. Onlara verdiyimiz pulların nə dərəcədə doğru olduğunu belə asan bir fərqlə başa düşə bilərik. Düşünün, 1250 manatlıq Ayfon və 100 manatlıq sıradan ağıllı telefon - hər ikisi internetsiz eyni funksiyaları yerinə yetirəcək. Təəssüf hissi qaçılmazdır.

Bütün bunlar sadəcə internetsiz ilk 48 saatda müşahidə olunub. Həyati əhəmiyyətli məhsulların qiyməti çörəyin, ətin, yumurtanın, südün eləcə də benzinin qiymətləri əl yandıracaq qədər artar və oğuluq halları baş verər.

2008-ci ildə ABŞ-ın daxili təhlükəsizlik nazirinin əmri ilə "United States Cyber" qeyri-kommersiya təşkilatının təsisçisi Skot Borq şəbəkənin olmamasının Amerika iqtisadiyyatına necə təsir göstərəcəyini araşdırıb. Məlum olub ki, iqtisadi cəhətdən elə böyük təsir olmayacaq. Kompüterlərə ən son texnologiyalarla işlənmiş proqramlar yazılıb ki, bu da qısa müddət ərzində olsa şəbəkə üzərində olan işlərin ləngiməsinin qarşısını alacaq.

İNTERNETİ KƏSMƏK OLMAZ

Müşahidələr əsasında araşdırmaçılar qərara gəliblər ki, planetdə şəbəkə yoxa çıxarsa, sonsuz bir qaranlıq çökər. Həyat demək olar ki, dayanar. İnternet şəbəkəsi dünyanın basılmaması gərəkən ən təhlükəli qırmızı düyməsidir.

Dünyanın bəzi ölkələri bu həyəcan düyməsini basaraq insanları sosial şəbəkələrdən ayırıblar.

Məsələn, 2011-ci ildə Misirdə "ərəb baharı" üsyanında etirazçıları dayandırmaq üçün onların internet ilə əlaqəsini kəsiblər. Narzılığa səbəb olmasına baxmayraq, internet bərpa olunmayıb. Öz növbəsində Türkiyə, İran və Çində də internet şəbəkəsinə müəyyən məhdudiyyətlər qoyulub.

Amerika və Rusiya höküməti bir sıra kiberhücümların qarşısını almaq məqsədilə ölkəni dünya internet şəbəkəsindən ayırmaq istəyirlər. Lakin ölkə daxilində şəbəkəni əvəz edə biləcək infrasturktur yaratmaq milyon -milyard dollarlar deməkdir ki, bu da öz növbəsində hər ölkənin dövlət büdcəsinə uyğun gəlmir.

KOSMOSDAN ZƏRBƏ

Dünyada internet üçün ən ciddi təhlükələrdən biri Günəşdə baş verə biləcək partlayışdır. Böyük geomaqnit qasırğası sputnikləri və elektrik şəbəkələrini sıradan çıxarmağa qadirdir.

1998-ci ildə baş vermiş Günəş fırtınası IV Galaxy peykinin qırılmasına səbəb olub. Nəticədə, ABŞ-ın 90 % peykləri istifadəsiz hala düşüb. Həkimlər, menecerlər, hətta narkotik alverçiləri belə bir anda müştəriləri və həmkarları ilə əlaqəni itiriblər. Geomaqnit dalğası şəbəkəni ən güclü xaker dəstəsindən belə tez zamanda ayıra bilər.

KİBERMÜHARİBƏLƏR

Sirr deyil ki, bu gün dünyanın ən qabaqcıl ölkələri arasında kibermüharibələr gedir. Hətta bəzi ölkələrin o qədər güclü, seçmə xakerləri var ki, kompüter arxasından qaxlmadan qarşı tərəfə sarsıdıcı zərbə endirə bilər.

Təsəvvür etmək çətin deyil ki, bəşəriyyətin gələcək müharibələrinin nəticələri daha ağır olacaq. Şəbəkə üzərindən istənilən müdafiəni qıraraq ölkənin daxili enerji blokunu, internet şəbəkəsinə çıxışını sıradan çıxarmağa qadir olan xakerlərin yetişdirildiyi dövrdə müharibələr minlərlə insanın həyatını məhv edə bilər.

© Publika.az