Analitika

15 April
2

POS-terminallar azalmaqda davam edir – TƏHLİL

Nağdsız ödənişlərə keçidin stimullaşdığı bir vaxtda ölkədə POS-terminalların sayı azalır. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin fevraında onların ümumi sayı 70 min 950 olub. Bu, yanvar ayı ilə müqayisədə 214 ədəd azdır.

Azalma daha çox paytaxtdakı pərakəndə ticarət obyektlərində baş verib. Onlar POS-terminalları işlətməkdən imtina edirlər.
Belə ki, fevralda cəmi POS-terminalların 70 min 166-sı məhz pərakəndə ticarət obyektlərinə aid olub. Bunun 39 min 489-u Bakının payına düşür. Yanvarda isə bu rəqəm 39 min 587 ədəd olub. Fevralda regionlarda istifadəe dilən POS-terminalların sayı 31 min 464 ədəd olub.
Qeyd edək ki, bir il öncə - 2016-cı ilin fevralında ölkədə istifadə olunan POS-terminalların ümumi sayı 77 min 250 ədəd olub. Bunun 75 min 918 ədədi pərakəndə ticarət obyektlərinin payına düşüb. Həmin vaxt Bakıdakı ticarət məkanlarında istifadə olunan POS-terminalların sayı 43 min 836 ədəd təşkil edib.
POS-terminalların sayında pik hədd 2015-ci ilin dekabrında müşahidə olunub - 80 min 301 ədəd. Bunun 78 min 762 ədədi pərakəndə ticarət obyektlərinin payına düşüb. Növbəti ilin yanvarından etibarən isə hər ay onların sayı azalmağa doğru gedib.
Regionlarda ən çox POS-terminal 2016-cı ilin yanvar ayında istifadə edilib. Həmin ayda onların sayı 32 min 777-ə çatıb. Sonrakı aylarda burada da azalma baş verib.