ANALİTİKA

17 Dekabr
3

Bu il: Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

Fins.az Azercell şirkətinin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində yaratdığı və həyata keçirdiyi inkubasiya laboratoriyası - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin 2018-ci ildəki fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı hesabatını təqdinm edir.

Azercell şirkətinin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində yaratdığı və həyata keçirdiyi inkubasiya laboratoriyası - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə yerli sahibkarlara və yaranmaqda olan şirkətlərə dəstək məqsədilə quruldu. Fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğurlara imza atan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə startup ekosisteminin üzvlərinin sevimli məkanına çevrilib.

Hal-hazırda fəaliyyətini uğurla davam etdirən Barama İnnovasiya və Sahibkarlıq mərkəzi yerli startupçılara dəstək məqsədilə yeni informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startupları dəstəkləyir. Onların şirkətləşməsinə kömək edir və rezidentlərinə ideyalarını biznesə çevirmək üçün xüsusi tərtib edilmiş inkubasiya proqramı təqdim edir.

Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əsas üstünlükləri Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olması, Azercell Telecom MMC– nin dəstəyi ilə fəaliyyət göstərməsi və PAŞA Bank kimi nüfuzlu tərəfdaşa malik olmasıdır. Bununla yanaşı, Barama Mərkəzi Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Gəncədə yerləşən Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamışdır .

Bir biznesi formalaşdırmaq üçün zaman, xüsusi imkanlar və ən əsası əlverişli şərait tələb olunur. Barama gənc istedadlara, sahibkarlara dəstək olaraq: xüsusi yaradılmış, individual inkubasiya proqramı, innovativ ofis, Azercell şirkəti tərəfindən telekommunikasiya dəstəyi, korporativ əlaqələr, strategiya və məsləhətlər və s. kimi ehtiyaclarını qarşılamaq üçün şərait yaradır.

Yarandığı müddətdən Barama İnnovasiya və Sahibkarlıq mərkəzi bir neçə uğurlu layihələrə dəstək olmuşdur. Bu layihələrdən bəziləri aşağıdakılardır.

• 2009-cu ildə Barama Layihəsinə təqdim edilən MySİM ideyası qəbul edildi. MySİM "Azercell Telekom" MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə vahid axtarış xidmətidir. İdeyaya görə bu saytda dilerlərin elektron mağazası yaradılıb.

• Ölkəmizdə istifadə olunan texnoloji cihazların istehsalı ilə məşğul olan ”Sumaks” layihəsi. Sumaks - təhlükəsizlik xidmətlərinin yüksək texnologiyalar vasitəsi ilə müştərilərə çatdırmaqla onların təhlükəsizliyini və rahatlığını təmin edilmək məqsədi ilə yaradılıb. Vaxtı ilə yeni layihə olub və hazırda şirkətə çevrilmiş Sumaks: Avtomaks, Fitmaks kimi məhsullar üzərində çalışır və yaxın zamanda onları geniş kütləyə təqdim edəcək.

• “Technote” layihəsi - "Technote Media" - Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. “Technote” eyni zamanda Rəqəmsal Marketinq şirkəti olaraq korporativ şirkətlərin məhsullarının yerli bazarda tanıdılması və internet üzərində reklamını həyata keçirir.

• Zövqlü və dəbli geyim seçimi hər zaman rəğbət qazanır. ”NAVEEN“ Azərbaycanda ilk sərfəli dizayner geyim brendi olaraq xanımlara sərfəli, keyfiyyətli və eyni zamanda unikal dizayna sahib geyimlər təklif edir. Geyimlər sıfırdan, trendlərə uyğun və özünəməxsusluq ilə tərtib edilir və bu dizaynlar əsasında dərzi tərəfindən tikilir. Bəzi geyimlər isə tamamilə əl işidir. Bunu etməkdə məqsədimiz daha çox insan üçün əlçatan olmaq və eyni zamanda gələcəkdə xarici podiumlarda Azərbaycan brendi olaraq təmsil olunmaqdır.

  • Owbike peşəkar biznes saytlarının yaradılması üçün yerli proqram təminatıdır. Platforma istifadəçidən heç bir ekstra texniki bilik tələb etmir. Owbike-dan istifadə edərək fərdi sahibkarlar qısa zamanda öz bizneslərini təqdim edən bütün müasir dünya standartlarına uyğun vebsayt əldə edirlər.
  • “Green Baku” Ekoloji dəftərxanası 2016-cı ilin may ayından kiçik startup şəklində fəaliyyətə başlamışdır. Məqsəd - təkrar emal olunmuş materiallardan Azərbaycanda ilk dəfə ekoloji təmiz dəftərxana brendi yaratmaqdır. “Green Baku“ olaraq istehsal olunan məhsullar tam olaraq yenidən emal olunmuş kağızdan hazırlanır.
  • “Ustad” şirkətlər və ya təhsil mərkəzləri üçün istifadəyə verilmiş ümumi quiz, imtahan və anket platformasıdır. Bu platforma vasitəsilə şirkətlər müştərilər və ya əməkdaşlar üçün sorğu, imtahan hazırlaya bilərlər. Facebook və Google ilə inteqrasiya olunmuş Android və IOS tətbiqlər istifadəyə verilib. “Ustad” platforması üzərindəki oyun və tətbiqlərin ümumi yüklənmə sayı 13 milyondan çoxdur.

Əlavə olaraq Barama mərkəzi bir neçə beynəlxalq və yerli layihələrin həyata keçirilməsində tərəfdaş və təşkilatçı qismində çıxış etmişdir. Artıq 6 ildir ki, “Seedstars World” təşkilatının keçirdiyi “Seedstars Baku” yarışmasının ev sahibliyini Barama mərkəzi edir. Həmçinin, Barama mərkəzi bir neçə uğurlu yerli layihələrə imza atmışdır. Bakı Dövlət Universitetində tələbələr üçün Barama Media studiyası tələbələr üçün qapılarını açıb. Əsasən texnologiya və innovasiya yönümlü layihələrə dəstək verən bu mərkəz üzvlərinin bütün tələbatını nəzərə alaraq onlar üçün əlverişli biznes mühiti yaradır. Bakı İstedadlar Təhsil Kompleksində (Azerbaijan British College) məktəblilər üçün Sahibkarlıq Məktəbi, İT sahəsi ilə ətraflı tanışlıq və Media School dərsləri aparılır. Əlavə olaraq, Gəncə şəhərində ilk regional ofisin açılışı və yaxın gələcəkdə Lənkaran şəhərində fəaliyyəti planlaşdırılır.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi haqqında ətraflı məlumatı http://barama.az/ saytında əldə edə bilərsiniz.

2018-ci ildə Barama neçə layihəyə dəstək olub? 2018-ci ildə Barama Mərkəzi 25 Startup layihələrinə dəstək olub

Ümumilikdə Barama yarandığı gündən neçə startap həyata keçirilib? 100-ə yaxın startup komandaları Barama Mərkəzində rezident olaraq çalışıblar

Ən iri miqyaslı startap hansı startap olub?Yuxarıda qeyd olunub

İrimiqyaslı biznes strukturuna çevrilmiş hər hansı layihəniz var? Yuxarıda qeyd olunub

İnnovatriv layihələrdən başqa hansı tip layihələrə dəstək olursunuz?IOI 2019 Azerbaijan, “TOM” ( Tikkum Olan Makers) http://tomglobal.org/

Hazırda neçə startap icra edilir? Hazırda 12 Startup Baramanın rezidenti olaraq fəaliyyət göstərir.

Layihələr hansı prinsiplərə uyğun seçilir?www.Barama.az saytına müraciət edərək “Rezident olmaq üçün müraciət et” formunu doldurduqda ilk müsahibəyə dəvət alaraq şansını qazanmış olur

Müəllif:Aynur Qəniyeva