ANALİTİKA

18 Dekabr
8

Bu il: "AtaBank" bu il də bir addım öndə olub

Fins.az geridə qoymaqda olduğumuz 2018-ci ili banklar üçün ncə olduğu barədə məlumatlar təqdim etməkdə daavm edir. Bu dəfə ki, haqqında danışacağımız bank AtaBankdır. Gəlin görək adı çəkilən bank ilin əvvəlindən bugünə kimi nələr edib

Ata Wi-Fi

Müasir dövrdə qabaqcıl iş adamı bütün əlaqələrini internet üzərindən qurmaq məcburiyyətindədir. Hər zaman işini onlayn idarə edə bilmək, daim yazışmalar aparmaq və hər şeydən xəbərdar olaraq vaxtında qərarlar qəbul edə bilmək müasir biznesin əsas şərtlərindən biridir. Müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə seçilən AtaBank hər zaman onlayn qalaraq bir addım öndə olmaq məqsədi ilə bütün müştərilərinə yeni Ata Wi-Fi xidmətini təklif edir.

Artıq AtaBank-ın Bakı şəhərində yerləşən istənilən filialında müştərilər sürətli internetdən istifadə etmək imkanı əldə edə biləcəklər. Bunun üçün filial daxilində olarkən sadəcə Wi-Fi siyahısında Ata Wi-Fi seçərək qaydalarla tanış olmaq, qaydalarla razı olduğunuzu bildirmək, telefon nömrənizi qeyd etmək və nəhayət nömrənizə sms vasitəsi ilə göndərilən PİN kodu müvafiq bölümə daxil etmək lazımdır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank, Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank” müvəkkil bank seçilərək “Baku Shopping Festival” zamanı müştərilərə xidmət göstərəcək

“AtaBank” ASC Azərbaycan paytaxtında keçirilən Ticarət festivalı zamanı əcnəbi qonaqlar və şəhərimizin sakinləri tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üzrə müvəkkil bank olaraq təyin edilməsini nəzərinizə çatdırırıq.

Ticarət festivalı zamanı etdiyiniz 100 manatdan artıq alış-verişə “Tax free” sistemi tətbiq olunacaq ki, bu da ƏDV-ni geri almağınıza şərait yaradacaq.

Məsələn, Siz 28 Mall-da alış-veriş etmisiniz və festivalın təqdim etdiyi imkandan yararlanıb ƏDV-ni qaytarmaq istəyirsiniz. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur! Dərhal yolu keçib pulunuzu ala bilərsiniz. Harada? AtaBank-ın Baş ofisində.

Baş ofis - Bakı şəh., Ş.Bədəlbəyli küç., 102 ; 09:00 – 22:00-dək (fasiləsiz)

Qeyd etmək istərdik ki, şəhərimizin sakinləri və əcnəbi qonaqları “Baku Shopping Festival – Tax Free” nişanı olan bütün mağazalardan alış-veriş edərək əlverişli fürsət qazana biləcəklər.

Ən çox təmassız POS-terminalı olan bank - AtaBank!

16 oktyabr 2018-ci il tarixində Bakı şəhərində yerləşən “Four seasons” otelində “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilmişdir.

2018-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir.

“MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu etmişdir.

Nominasiya ilə bağlı “AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, “Keçən il olduğu kimi, bankımız cari ildə də bu nominasiya üzrə birinciliyi qoruyub saxlamağı bacarmışdır. AtaBank olaraq gələcəkdə də bu istiqamətdə daha böyük uğurlara imza atmağa çalışacağıq. AtaBank əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir”.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC şimalda yeni Samur şöbəsini istifadəyə verdi

"AtaBank" ASC Qusar rayonunun ərazisində yerləşən yeni "Samur" şöbəsini müştərilərinin xidmətinə verib. Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbə həm fiziki, həm də hüquqi şəxslərə bütün bank xidmətlərini təklif edir. Müştərilər yeni açılan şöbəyə yaxınlaşaraq təcili pul köçürmələri, hesablaşma – kassa, valyuta mübadilə əməliyyatları, kommunal xidmətlərin ödənişlərini həyata keçirməklə yanaşı əmanət yerləşdirə, biznesin inkişafı üzrə məsləhətlər ala bilərlər.

AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı şöbə ilə bağlı qeyd edib ki:

“AtaBank üçün strateji əhəmiyyət kəsb edən Samur şöbəsinin məhz bu bölgədə açılmasının məqsədi ölkəmizin vətəndaşları ilə yanaşı xarici qonaqlara da xidmət göstərməkdir. AtaBank hər zaman müştərilərinin rahatlığına önəm verir və bu şöbənin açılması ilə bankımız ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizə uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat apara bilmələri üçün hər bir şəraiti yaradıb.”

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 çağrı mərkəzinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com