ANALİTİKA

05 Mart
6

OPEC Rusiya ilə birgə Trampa qarşı necə müqavimət göstərir?

Fins.az-ın məlumatına görə,"ADAC”-ın hesabatında deyilir ki, avtomobil yanacağından fərqli olaraq xam neftin qiyməti bir öncəki həftə ilə müqayisədə 1 dollar ucuzlaşıb. Lakin son günlər əks tendensiya müşahidə olunur. Çərşənbə gününün ikinci yarısında “Brent” markalı neft 66 dollar olub. Bu da bir gün əvvəlki göstərici ilə müqayisədə 1,4% çoxdur. Amerikanın “WTI” markalı neftinin qiyməti 2% bahalaşaraq 56,48 dollara çatıb.Bazar ertəsi Tramp “Twitter” vasitəsilə bildirib ki, “OPEC” qiymət siyasətində özünü cilovlamalıdır: “Neft qiymətləri çox artıb. “OPEC”, zəhmət olmasa rahatla və daha sakit hərəkət et. Dünya yüksək qiymətlərin öhdəsindən gələ bilməyəcək”. Beləliklə, Tramp növbəti dəfə neft hasilatının məhdudlaşdırılmasını açıq şəkildə tənqid edib. Belə ki, təşkilat üzvləri və onunla əlaqəli ölkələr, o cümlədən Rusiya qiymətləri aşağı salmaq və neft ehtiyatlarını artırmaq üçün dekabrda hasilat həcmini azaltmaqla bağlı razılığa gəlib. Bazar ertəsi Trampın atdığı tvit neftin qiymətini müvəqqəti 3% ucuzlaşdırıb.Amma “OPEC” ilə Rusiya zərbəyə zərbə ilə cavab verib. Neft hasilatı ilə məşğul olan ölkələr hasilatın məhdudlaşdırılmasına ciddi kökləndiklərinə dair mesaj göndəriblər. Bu, ilk növbədə neft qiymətlərində artıma təsir edib və minimum Trampın tvitinə reaksiyanı neytrallaşdırıb. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, ölkəsi dekabr göstəriciləri ilə müqayisədə sutkalıq hasilat həcmini 140-150 min barel azaldıb. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih (Khalid al-Falih) isə bəyan edib ki, hasilatçı ölkələr 2019-cu ilin ikinci yarısında da bu kursu davam etdirməlidir. Sutkalıq 10,24 milyon barellik göstərici ilə Səudiyyə Ərəbistanı “OPEC” təşkilatının əsas hasilatçısıdır, ABŞ (16,39 milyon barel) və Rusiyadan (11,71 milyon barel) sonra isə dünya üzrə üçüncü hasilatçı ölkədir.Son vaxtlar neft qiymətlərindəki artıma ABŞ-dan məlumatlar da təsir edib: Amerika Neft İnstitutunun çərşənbə axşamı verdiyi məlumata əsasən, ABŞ ötən həftə həm xam neftin, həm benzin ehtiyatlarını nəzərəçarpacaq dərəcədə azaldıb.Bu, qazan yanacağının qiymətinə də təsir edib. 500 qazan yanacağı satıcısının öz qiymətləri haqqında məlumat göndərdiyi “Heizoel24” internet-portalın bazar analitiklərinin sutkalıq hesabatında deyilir ki, Səudiyyə Ərəbistanı energetika nazirinin reaksiyası bazar ertəsi Trampın tvitinin səbəb olduğu qiymətlərin aşağı doğru hərəkətini ləngidib.Trampın tvitindən sonra qazan yanacağına təlabat müvəqqəti artıb, çünki tvit 3000 litrlik qazan yanacağı sifarişini dərhal 30 avro ucuzlaşdırıb. Bazar ertəsi 3000 litrlik sifarişlə 100 litr qazan yanacağı Almaniyada orta hesabla 66,74 avro təşkil edib. Bu da bir gün əvvəlki göstərici ilə müqayisədə 1%, ilin əvvəli ilə müqayisədə isə təxminən 10% çoxdur.