14 Noyabr

Ən böyük süd istehsalçısı müflisləşib

ABŞ-ın ən böyük süd istehsalçısı "Dean Foods", ölkədə "südə tələbin diqqətə çarpan bir şəkildə azalmasına" bağlı olaraq müflisləşdiyini açıqlayıb.

"The Wall Street Journal"ın xəbərinə görə, "Dean Foods" və bir çox süd istehsalçısı, uzun illərdir istehlakçıların ənənəvi inək südündən uzaqlaşmalarının yaratdığı problemlərlə məşğul olur.

Xəbərdə qeyd edilib ki, alıcılar daha çox şüşələnmiş sulara, meyvə sularına, soya və yulafdan hazırlanan südün alternativlərinə üstünlük verirlər.

"Dean Foods" şirkətinin İcraçı direktoru Eric Berigause, "Şirkəti daha da gücləndirmək və aşağı xərcli bir mövqeyə gətirmək məqsədilə davam etdirdiyimiz gərgin səylərə baxmayaraq, içmə südü istehlakında davam etməkdə olan azalma bizə mənf təsir etməyə davam edir" deyib.