AQRO

15 Noyabr
131

Buğdada xaricdən asılılığımız artır – 2 AYDA 108 MİLYONLUQ İDXAL

2019-cu ilin 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 294 milyon 984 min dollar dəyərində 1 milyon 371 min ton buğda idxal olunub.

Fins.az xəbər verir ki, təkcə oktyabrda 54 milyon 237 min dollarlıq buğda idxal edilib. Sentyabrda isə 54 milyon 534 min dollar dəyərində 260 min ton buğda idxal edilmişdi. Beləliklə, son 2 ayda 108 milyon 771 min dollarlıq buğda idxal edilib.

Cari ilin 9 ayındada Azərbaycana 240 milyon 747 min dollar dəyərində 1 milyon 113 min ton buğda idxal edilmişdi.

2018-ci ilin 10 ayında isə Azərbaycana 176 milyon 5 min dollar dəyərində 939 min 22 ton buğda idxal edilmişdi. 2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayında buğda idxalı dəyər ifadəsində 118 milyon 979 min dollar, miqdar ifadəsində isə 431 min 999 ton çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 385,9 min ton təşkil edib.

© Marja