AQRO

19 Noyabr
111

Ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarımız

Bu ilin yanvar-oktyabr aylarında 574 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac olunub.

BunuKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

F.Fikrətzadə qeyd edib ki, bu, ötən illə müqayisədə 14,9 faiz çoxdur:

“Hesabat dövründə 574 milyonluq ixracın 195 milyon dolları tərəvəz məhsullarının, 260 milyon dolları meyvələrin, 92 milyon dolları isə pambıq lifinin payına düşür.

Bu templə davam etmiş olsaq, əgər keçən il ixracda 703 milyon dollarlıq ixrac həyata keçirilmişdisə, bu il 800 milyon dollaradək artım gözlənilir”.

Direktor qeyd edib ki, 10 ay ərzində həyata keçirilən 574 milyon dollarlıq ixracın 147 milyon dolları pomidor, 101 milyon dolları fındıq, 69 milyonu xurmanı əhatə edir:

“Statistikaya əsasən demək olar ki, bu il də ötənilki kimi pomidor, fındıq, xurma əsas ixrac məhsullarıdır. Belə ki, kənd təsərrüfatı məhsullarının ixracının 55 faizi 3 məhsuldan ibarətdir”.

Onun sözlərinə görə, ixracda ənənəvi olaraq Rusiya bazarı üstünlük təşkil edir:

“İpək xammalında isə ölkələr fərqlidir. Bunların içərisində Türkiyə də var, Çin Xalq Respublikası da var”.