Bank

25 Oktyabr
14

"Changan"-ın direktoru: "Bu il minimum 3 model buraxacağıq"

“Bu il biz minimum 3 model buraxacağıq”

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Changan Motors Rus-un direktoru Tsezyün Sun deyib.

Bundan əlavə o qeyd edib ki, diler şəbəkələri də inkişaf olunacaq:

“Hazırda bizim 36 dilerimiz var və bəziləri ilə yollarımız ayrılacaq. Bizə keyfiyyətli şəbəkə lazımdır. Əgər diler biganədirsə deməli müştəri də narazı qalacaq. Əgər diler inkişaf görmürsə, qazanc əldə edə bilmirsə, deməli çox da əziyyət çəkməyəcək”.

Müəllif: Tuncay Türbəndəzadə