Bank

26 Oktyabr
10

Bakıda yeni Mercedes-Benz GLS təqdim olundu

Yeni model Mercedes-Benz GLS-in təqdimatı baş tutub

Tədbir 18 oktyabr 2019-cu il tarixində BUTA PALACE-da Azərbaycanın Müstəqillik Gününə həsr olaraq keçirilib və respublikanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Aparıcı Ceyhun Əli respublikamızın müasir dövlətçiliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları qeyd etdi. Aparıcı DaimlerAG-ın Azərbaycandakı tərəfdaşları adından qonaqları dövlət bayramı münasibətilə təbrik etdi.
Milli koloritli ab-hava xalq motivlərini ehtiva edən musiqi kompozisiyalarını yalnız ona xas olan tərzdə ifa edən Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadənin proqramı ilə davam etdirildi.

Daha sonra, tədbir iştirakçılarını sanki “gecənin baş qonağı” ilə görüşə hazırlayaraq, respublikanın xalq artisti Natiq Şirinov və Natiq ritm qrupunun artistləri rəngarəng möhtəşəm bir şou nümayiş etdirdilər. Onların heyrətamiz çıxışı musiqi aləti olan “Qaval daşı”nın qeyri-adi tərzdə qübbənin altından səhnəyə enməsilə müşayiət olundu. Atəş püskürməsilə müşayiət olunan oynaq rəqslər və ritmlər “həyəcanlı gözləmə əhval-ruhiyyəsi” yaratdı. Gecənin iki “ulduzu”, həcmli lyüks yolsuzluq avtomobilini təcəssüm edən tamamilə yeni model Mercedes-Benz GLS avtomobillərinin səhnəyə eyni anda təntənəli çıxışı gecəni son akkord ilə tamamladı.

Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur: