Bank

28 Oktyabr
8

Lüis Hemilton Meksika Qran-prisinin qalibi olub

Rodriges qardaşlarının adını daşıyan avtodromda Formula-1 üzrə Meksika Qran-prisi keçirilib.

Fins.az xəbər verir ki, qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yeri "Ferrari"dən Sebastyan Fettel tutub. "Üçlüy"ü Hemiltonun komanda yoldaşı Valtteri Bottas qapayıb. Bu, Hemiltonun mövsümdə 10-cu, karyerasında 83-cü qələbə olub. Onun 6 qat dünya çempionluğunu vaxtından əvvəl əldə etməsi üçün cəmi 4 xal çatmayıb.