AVTO

12 Noyabr
41

Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb

Gürcüstan dəmir yolları vasitəsilə bu ilin yanvar-oktyabr aylarında 64 min TEU yük konteyneri daşınıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Daşınan konteynerlərin sayı rekord səviyyəyə çatıb. Belə ki, hesabat dövründə daşınan konteynerlərin sayı illik müqayisədə 34%, 2016-cı ilin analoji göstəricisindən isə iki dəfə çoxdur.

Gürcüstan dəmir yolları ilə daşınan yüklərin ümumi həcmi xam neft istisna olmaqla 8,57 mln. ton təşkil edib ki, bu da ötən illə müqayisədə 7% çoxdur.

İlin ilk 10 ayı ərzində ən çox yük oktyabrda nəql olunub. Həmin ayda dəmir yolları ilə daşınan yüklərin həcmi 1 mln. tondan çox olub. 2018-ci ilin oktyabr ayında isə bu göstərici 825 min tona bərabər olub.