12 Noyabr

Lexus ilk elektrokarının debüt tarixini açıqlayıb

Lexus şirkətinin ilk elektrokarını təqdim etməyə hazırlaşdığı barədə artıq məlumat vermişdik.

Fins.az xəbər verir ki, bü gun yapon markası elektrik qurğusuna malik olan ilk seriya avtomobilinin debüt məkanını və tarixini açıqlayıb. Yeni model 22 noyabr tarixində Quançjouda keçiriləcək avtosalonda təqdim ediləcəkdir. Bu barədə Autograph yazıb.

Krossoverin texniki hissəsi barədə rəsmi məlumat verilməyib. Şirkət yalnız elektrokarın "Electric" yazısı olan hissəsinin şəklini dərc etməklə kifayətlənib. Elektrokarın 400-500 km arasında yürüş ehtiyatına malik olacağı bildirilib. Ölçülərinə görə Lexus UX-EV modeli bazasında inşa edildiyi Lexus UX modelinə yaxın olacaqdır.