AVTO

13 Noyabr
65

"Bentley"dən YENİLİK

Bentley Continental GTC modeli klassik tvidi xatırladaq müasir toxumalı parçadan hazırlanmış dam örtüyünə sahib olub. Yeni dam örtüyü britaniya klassikasını sevən şəxslərə ünvanlanıb. Tweed adlanan parça dəbdəbəli Bentley Continental GTC modeli üçün təklif edilən yumşaq dam çeşidində yeddinci material olub və 45 kuzov rəngli ilə uyğunlaşdırıla bilər. Yeni dam örtüyü kifayət qədər möhkəm və dözümlü müasir toxunmuş parçadan hazırlanıb. Bu örtük sapların diaqonal hörülməsinə malik olan toxumalı yun parçanı – klassik tvidi xatırladır.

“Tvid” dam uzaqdan tünd-bej rəngli olduğu təəssüratını yaratsa da, yaxın məsafədən ikirəngli olur və göz önündə tünd-qəhvəyi və qaymağı rəngli iplər canlanır. Yeni material damın xarakteristikalarına heç bir təsir göstərməyib – yumşaq dam 50 km/saata qədər sürətlərdə 19 saniyəyə açılıb-bağlanır. Bentley Continental GT Convertible modeli 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki və səkkiz pilləli iki muftalı «robot» ilə təchiz edilir. Kabriolet 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 333 km/saatdır.