AVTO

14 Noyabr
36

Ferrari yeni modelin tizerini şifrələyib

Ferrari şirkətinin rəsmi Instagram səhifəsində ilk baxışdan adi görünən şəkil dərc edilib. Şəkildə eynək və qəhvə dolu fincan əks olunur. Lakin, şəbəkə istifadəçiləri bu şəkildə italyan markasının yeni modelini “görməyi” bacarıblar. Həqiqətən də, şəkildəki eynəykdə gümüşü rəngli superkarın bulanıq siluetini görmək olar. Markanın diqqətli pərəstişkarları bunu bir müddət bundan öncə yayılmış naməlum prototipin cəsus şəkilləri ilə əlaqələndirirlər. Onlar şəkildəki superkarın bu günlərdə Romanın küçələrində görülmüş sərt dama malik olan Portofino modelinə məxsus olduğunu iddia edirlər. Çox güman ki, eynək və fincan əks etdirilən şəkil məhz həmin zaman çəkilib.

Ferrari Portofino rodsteri 2017-ci ildə işıq üzü görüb və italyan markasının model xəttində California T modelinin yerini tutub. Rodster 590 at qüvvəsii və 760 Nm fırlanma anı hasil edən 3,9-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir və 100 km/saat həddini 3,5 saniyəyə toplayır. Portofino modelinin maksimal sürət həddi 320 km/saatdır.