AVTO

25 Aprel

Hətta suda belə gedir - "Mercedes-Benz G 580"

Mercedes-Benz yeni elektrik G 580 seriyasını Çinin Şanxay şəhərində keçirilən Auto China 2024 Sərgisində nümayiş etdirib. 45 ildir davam edən G Series bu modellə ilk tam elektrik variantına sahib olub. 

Fins.az xəbər verir ki, Mercedes dünya premyerasını Çində keçirilən yarmarkada edib. Şirkətin açıqlamasına görə, tam elektriklə işləyən G 580 seriyanın bütün xüsusiyyətlərini qoruyacaq və onu gələcəyə daşıyacaq. Nərdivan şassi quruluşu G 580-ə yeni şəxsiyyət verəcək.

Elektrik G 580; İkili elektrik mühərrikləri ilə qidalanır. Ümumi güc 432 kVt-a çatdığı halda, maksimum fırlanma anı 1164 Nm-dir. G 580-də istifadə ediləcək 116 kVt/saat tutumlu akkumulyator 11 kVt-a qədər daimi doldurma və 200 kVt-a qədər sürətli doldurma qəbul edə bilər.

Mercedes-in açıqlamasına görə, avtomobildəki 116 kVt/saat tutumlu akkumulyator 473 kilometr məsafə qət etməyi vəd edir. Avtomobil həmçinin G-Steering, G-Turn və Offroad Crawling kimi xüsusi sürmə rejimlərinə malikdir. Bu rejimlər arasında keçid diapazona təsir edəcək. Boş çəkisi 3 min 85 kq olan modelin ümumi çəkisi 3 min 500 kq-a çatır.

Maksimal sürəti 180 km/saat olan elektromobil 0-dan 100 km/saat sürəti 4,7 saniyəyə yığa bilir. Bununla belə, enerji sərfiyyatı 27,7-30,4 kVt/100 km arasında dəyişəcək.

Digər tərəfdən, şirkət məlumatlarına görə, G 580 daxili yanma mühərrikli G-Class ilə müqayisədə daha yüksək su keçid dərinliyinə malikdir. G 580-in su keçidinin dərinliyi təxminən 850 millimetrdir. Bu, onun standart modellərdən 150 millimetr yaxşı olduğunu göstərir. 

Günel Məlikzadə
Fins.az