AVTO

06 May

“Hyundai”ın bu modellərində nöqsanlar aşkarlanıb

Koreyanın “Hyundai” şirkəti 13,5 min avtomobili təmir üçün geri çağıracaq.

Fins.az xəbər verir ki, 7 349 “Elantra”, 2 364 “Venue” və 3 798 “Kona 2024” model avtomobillərində istehsalçıda nasaz işlənmiş qazın resirkulyasiya sisteminin sensorları quraşdırılıb. Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq. “Hyundai” 14 oxşar hadisədən xəbərdar olduğunu bildirib. Avtomobil sahibləri ən yaxın dilerlə əlaqə saxladıqda nasaz hissələr pulsuz dəyişdiriləcək.