AVTO

24 İyun

Xiaomi YU7 artıq satışdadı

Finss.az - Çin texnologiya nəhəngi Xiaomi-nin yeni elektrik krossoveri – YU7 modelinin satış tarixi açıqlanıb.

Şirkətin ikinci elektromobili olan YU7-nin təqdimatı bu ilin 22 may tarixində baş tutub. Yeni model 800 voltluq arxitekturaya, 690 at gücündə güc qurğusuna, ikikameralı pnevmatik asqıyaSU7 sedanını xatırladan dizayna malikdir.

Çin mediasının məlumatına görə, YU7 26 maydan etibarən Çin bazarında satışa çıxıb. Xiaomi bu tarixdə yeni smartfon və planşet modellərini də təqdim edib.

YU7 — Xiaomi-nin ilk elektrik krossoveridir və ötən il təqdim edilən SU7 sedanından sonra istehsal olunan ikinci elektromobil hesab olunur. Modelin yığım prosesi artıq Pekindəki zavodda başlayıb. Məlumata görə, minlərlə hazır avtomobil satışa çıxarılmaq üçün zavodun dayanacağında gözləyir.

Yeni modelin ilk sahiblərinə iyul ayında təhvil verilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, YU7-nin başlanğıc qiyməti 245 900 yuan olacaq. Müqayisə üçün, SU7 sedanı 215 900 yuandan, Tesla Model Y isə 263 500 yuandan başlayan qiymətlərlə satılır. Tesla-nın Long Range AWD versiyası isə 313 000 yuana təklif olunur.

Texniki göstəricilər:

  • Baza versiya: arxa ötürücü, 320 a.g., 528 Nm, 0–100 km/s – 5,88 san.

  • Batareya: 96,3 kVt·s, 835 km (CLTC dövrü)

  • Pro və Max versiyalar: iki mühərrik, tam ötürücü, Max-da 690 a.g., 866 Nm, 0–100 km/s – 3,23 san., 760 km məsafə

YU7 modelində Nvidia çipli elektron sistemlər, lidar və 4D radar, panoramik ekran, matrisa tipli faralarBrembo əyləcləri kimi qabaqcıl texnologiyalar da yer alır.