AVTO

30 İyun

İyulda 82 nəqliyyat vasitəsi hərraca çıxarılır

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyul ayının 8 və 15-də növbəti hərracları keçirəcək.

Ümumilikdə 82 nəqliyyat vasitəsi hərraca təqdim olunacaq.

İyulun 8-də keçiriləcək hərracda 27 avtomobil satışa çıxarılacaq. Bu avtomobillərin buraxılış illəri 2000-2014-cü illəri əhatə edir. Alıcılar 2.000 manat ilə 14.500 manat arasında dəyişən start qiymətləri ilə avtomobillərə sahib ola biləcəklər.

İyulun 15-də isə 6 lot üzrə 55 nəqliyyat vasitəsi hərraca təqdim olunacaq. Burada avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir. Lotların ilkin satış qiymətləri 1.500 manat ilə 294.150 manat arasında dəyişir.

Əmlak Məsələləri Dövlət Xidmətinin hərracları avtomobil almaq istəyənlər üçün sərfəli fürsət sayılır. İştirakçılar dövlət xidmətinin rəsmi saytında hərrac qaydaları və avtomobillərin ətraflı siyahısı ilə tanış ola bilərlər.