AVTO

18 İyul

AYNA 29 avtomobili hərraca çıxarır

Finss.az - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 22 iyul 2025-ci il tarixində balansında olan 29 ədəd avtomobili hərraca çıxaracaq.

Satışa çıxarılan nəqliyyat vasitələrinin ilkin qiymətləri 14 850 manatdan başlayaraq 146 025 manatadək dəyişir.

Hərracda iştirak edəcək avtomobillər arasında ən yenisi 2011-ci il istehsalı olan “Daewoo Nexia”, ən köhnəsi isə 2000-ci ildə istehsal edilmiş “Opel Omega” modelidir.

Avtomobillər 4-cü dəfə və 25%-lik endirimlə təkrar hərraca çıxarılır ki, bu da potensial alıcılar üçün əlavə fürsətlər yaradır.

Hərracda iştirak etmək istəyən şəxslər satışa təqdim olunan bütün nəqliyyat vasitələrinin siyahısı və texniki göstəriciləri ilə linkə keçid edərək tanış ola bilərlər.