BANK

08 Noyabr
39

Rabitəbankdan Dövlət Qulluqçularına xüsusi təklif !

Dövlət Qulluğu kredit məhsuluna 3% endirim tətbiq olundu!

Dövlət qulluqçularına özəl olaraq, Rabitəbankın “Dövlət qulluğu krediti” daha da sərfəli şərtlər təklif edir. Belə ki, müddətindən asılı olmadan, müştərilər tərəfindən heç bir komissiya ödənilməyəcək. Həmçinin, kredit üzrə faiz dərəcəsi yeni şərtlərə əsasən 19% təşkil edəcək.

“Dövlət qulluğu krediti”nin şərtlərinə əsasən, 5 il dövlət qulluğunda xidmət edən yaxud təhsil və səhiyyə sahəsində ən azı 5 il təcrübəyə malik olan şəxslər bu krediti əldə edə bilərlər. Kredit üzrə minimal məbləğ 200 AZN, maksimal məbləğ isə 15.000 manat olmaqla, 50 ayadək müddətinə verilir. Həmçinin, 10.000 manat məbləğində alınan kredit üçün heç bir zamin tələb olunmur.

“Dövlət qulluğu krediti” üçün sıra gözləmədən, onlayn şəkildə http://bit.ly/dovletqullugulinkinə klikləyərək və yaxud RabitabankBot vasitəsi ilə dərhal müraciət edə bilərsiniz.

Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri Rabitəbank, 25 xidmət məntəqəsi, 68 ATM və RabitabankBot ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları haqqında məlumat almaq üçün www.133.az saytına daxil ola və ya 133 qısa nömrəsinə zəng edə bilərsiniz.