BANK

08 Noyabr
67

Azərbaycandakı bankın dolayı səhmdarı 1.1 milyard avro qazanıb

İtaliya bankı "UniCredit" 2019-cu ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Fins.az xəbər verir ki, Bank üçüncü rübdə 1.1 milyard avro xalis mənfəət əldə edərək 995.3 milyon avroluq proqnozu geridə qoyub.

Söz mövzusu dövrdə 2.56 milyard avro xalis faiz gəliri əldə edən bankın xalis haqq və komissiya gəlirləri isə 1.57 milyard avro təşkil edib. Proqnoz 1.55 milyard avro idi.

Bankın üçüncü rübdə cəmi gəlirləri 4.70 milyard avro səviyyəsində reallaşaraq proqnozu qarşılayıb. Bank illik gəlir proqnozunu dəyişdirməyərək 18.7 milyard avro səviyyəsində saxlayıb. Proqnoz 18.65 milyard avro idi.

"UniCredit" və "Koç Holding" şirkəti "Koç Finansal Hizmetleri" (KFH) adlı ortaq şirkət qurublar. "UniCredit"in KFH-dəki payı 41%-dir. KFH-nin "Yapı Kredi" bankında isə 82% payı var. Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin nizamnamə kapitalının 99,8%-i Türkiyədə fəaliyyət göstərərən “Yapı ve Kredi Bankası A.Ş.”yə məxsusdur.

© Marja