BANK

08 Noyabr
65

"Bank of Baku" səhmdarlarının toplantısı keçiriləcək

Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi tarix açıqlanıb.

Fins.az xəbər verir ki, yığıncaq Noyabrın 22-də keçiriləcəkdir. Bundan əvvəl yığıncağın Noyabrın 12-də keçiriləcəyi elan edilmişdir

Bankın baş ofisində keçiriləcək yığıncağı gündəliyi ictimaiyyətə açıqlanmır.

“Bank of Baku” 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalının 35%-i "Nab Holding" şirkətinə, 31,11%-i Hikmət İsmayılova, 28,89%-i "Azpetrol Neft Şirkəti"nə və 5%-i Elçin İsayevə məxsusdur.

on maliyyə göstəricilərinə görə, “Bank of Baku” kapitalını bərpa edir, gəlirləri artır. “Bank of Baku” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü 32 milyon 276 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 dəfə çoxdur. Mənfəətin artması ilə əlaqədar olaraq “Bank of Baku”nun cəmi balans kapitalı 1,8 dəfə artaraq 71 milyon 587 min manata yüksəlib. 30 Sentyabr 2019-cu il tarixində “Bank of Baku” ASC 56 milyon 941 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda bu məbləğ 31 milyon 2712 min manat idi.

"Bank of Baku"nın qarşısında duran əsas məsələ əməliyyat gəlirlərini 2 dəfə artıraraq ən azı əməliyyat xərclərinə çatdırmaqdır.