BANK

12 Noyabr
127

Ərdoğan: "Türkiyə rəqəmsal lirənin sınağını 2020-də bitirməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-ü hökumətə rəqəmsal valyutanın sınağını 2020-ci ildə tamamlamağı tapşırıb. Blokçeyn texnologiyasına əsaslanan rəqəmsal lirə 2020-ci il prezident proqramına uyğun olaraq Mərkəzi Bank tərəfindən buraxılması planlaşdırılır. Ərdoğan hesab edir ki, dövlət kriptovalyutasının istifadəyə verilməsi Türkiyə iqtisadiyyatının möhkəmlənməsinə və beynəlxalq aləmdəki nüfuzunu güclənməsinə kömək edəcək. Rəqəmsal lirənin istifadəyə verilməsində əsas məqsəd investor bazasını genişləndirmək və xərcləri azaltmaqdır. Bundan əlavə, özünün rəqəmsal pul vahidi əldə etməsi sayəsində İstanbul yeni investorlar üçün cəlbedici şərtləri olan dünya maliyyə mərkəzlərindən birinə çevrilə bilər.

Hökumət rəqəmsal lirəyə əsaslanan təcili ödənişlər üçün bir proqram platforması hazırlamağı planlaşdırır. Mərkəzi bankla yanaşı, layihəyə texnoloji yeniliklər üzrə milli agentlik – TÜBİTAK kimi tanınan Türkiyənin Elmi və Texniki Tədqiqatlar Şurası da qatılacaq.