BANK

13 Noyabr
182

Diqqətli olun! - Bu bankın filiallarının adı dəyişib

"TuranBank" Bakı şəhərində yerləşən bir neçə filialının adında yerləşdikləri ərazilərə uyğun dəyişiklik edib.

Fins.az Banka istinadən xəbər verir ki, dəyişiklikdə məqsəd "filialın rahat tapılmasına" nail olmaqdır.

Həftənin 7 günü 24 saat Nizami 53 ünvanında fəaliyyət göstərən “Yasamal” filialı “Mərkəz” filialı olub. Bu filial Mərkəzi Univermağın yaxınlığında yerləşir və fasiləsiz xidmət göstərməkdədir.

“Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Nur” filialının adı dəyişdirilərək “Neftçilər” filialı, “28 May” metrostansiyası yaxınlığında yerləşən “Bakı” filialının adı “28 May” filialı, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Sahil” filialının adı “Gənclik” filialı, “Yasamal” parkı yaxınlığında yerləşən “Nəsimi” filialının adı “Yasamal” filialı olub.

Qeyd edək ki, bankın ölkə üzrə 16 satış strukturu var