14 Noyabr

Azərbaycanda 16 bankın faiz xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.

Fins.az xəbər verir ki, bunlar "Günay Bank", "Bank Respublika", "Unibank", "NBC Bank", "Express Bank", "Naxçıvan Bank", "Amrah Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Bank BTB", "AGBank", "Turan Bank", "PAŞA Bank" və "Muğan Bank"dır. Ən yüksək dinamika "Günay Bank"da (93%), ən aşağı dinamika isə "Muğan Bank"da (3,4%) qeydə alınıb.

Qalan 16 bankın isə faiz xərcləri illik müqayisədə azalıb. Ən az azalma "Nikoyl Bank"da (1,6%), ən çox azalma isə Pakistan Milli Bankının Bakı filialında (100%) qeydə alınıb.

renkinq