BANK

15 Noyabr
93

Google öz istifadəçiləri üçün bankçılıq fəaliyyətinə başlayacaq

Google şirkəti öz servislərinin istifadəçiləri üçün maliyyə alətlərinin genişləndirilməsi planlarını açıqladı. Google Pay ödəniş servisindən əlavə olaraq şirkət yaxın zamanda öz ekosistemi çərçivəsində açıq bank hesabları funksiyasını istifadəyə verəcək. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən Cache adlı layihədə Google şirkətindən əlavə olaraq Citigroup bankı və Stenford Universitetinin kredit birliyi də iştirak edəcək.

Bununla belə şirkət ayrıca bank şöbələrini istifadəyə verməyəcək. O sadəcə olaraq bank ilə istifadəçilər arasında vasitəçi kimi çıxış edəcək. Qeyd etmək lazımdır ki, bu cür layihələri həmçinin ABŞ-ın digər texnoloji şirkətləri də reallaşdırırlar. Məsələn Apple şirkəti Goldman Sachs investisiya bankı ilə birlikdə istifadəçilərə Appla Card-ı təqdim edir.

Amazon şirkəti maliyyə layihələri üzrə J.P. Morgan ilə danışıqlar aparır. Facebook isə özünün kriptovalyuta layihəsinə diqqət ayırır. Gözləntilərə əsasən Google Cache servisi gələn ilin əvvəlində istifadəyə veriləcək. Bu servis vasitəsilə bank hesablarının açılması şərtləri və servisin hansı ölkələrdə aktiv olacağı barəsində bir məlumat yoxdur.