BANK

15 Noyabr
120

Azərbaycandan Gürcüstana pul köçürmələri çoxalıb

Ötən ay Azərbaycandan Gürcüstana 2 milyon 170 min dollar pul köçürülüb.Bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.Qonşu ölkəyə Azərbaycandan daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 1,42% təşkil edib. İllik müqayisədə Azərbaycandan Gürcüstana daxil olan pul vəsaitlərinin həcmi 17,11% artıb.

Oktyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 153,2 milyon dollar pul daxil olub ki, bu da ötən ilin eyni göstəricisindən 11,5% çoxdur. Ölkəyə ən çox pul köçürmələri 37,86 milyon dollar olmaqla Rusiyadan göndərilib.