BANK

20 Noyabr
131

Azərbaycanda bu bankın İdarə Heyətinin tərkibi genişlənib

Bank BTB-nin 2019-2021-ci illər üzrə inkişaf strategiyasının uğurla həyata keçirilməsi məqsədilə İdarə Heyətinin tərkibində yeni təyinatlar baş verib.

Belə ki, Rövşən Fərhad-zadə İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Həmçinin, Korporativ İnkişaf Departamentinin direktoru Rauf Qurbanov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb.

Bank BTB-nin İdarə Heyətinin hazırki tərkibi:

  • Emil Rzayev, İdarə Heyətinin sədri
  • Rüfət Abbasov, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü
  • Rövşən Fərhad-zadə, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü
  • Vüsal Şahverdiyev, İdarə Heyətinin üzvü
  • Rauf Qurbanov, İdarə Heyətinin üzvü

Bank “BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev İdarə Heyətində aparılan dəyişikliklərlə bağlı açıqlama verərək bildirib ki: “Bank BTB yeniliklərə açıq, innovasiyalara dəstək olan bir bank olaraq yeni inkişaf strategiyası ilə maliyyə sektorunda dayanıqlı bazar mövqeyini möhkəmləndirməyə iddialıdır. Əminəm ki, bankımız 3 illik inkişaf strategiyası çərçivəsində rəqəmsallaşma səviyyəsini artırmaq, xidmət şəbəkəsini genişləndirmək və biznes proseslərini optimallaşdırmaqla, o cümlədən, müştəri yanaşmasında və məhsul yaradılmasında innovativ həllər təklif etməklə maliyyə sektorunda davamlı artım tempini qoruyub saxlamağa nail olacaq.”

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Hazırda bankın 17 xidmət nöqtəsi fəaliyyət göstərir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtbwww.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstaqram səhifələrindən ətraflı məlumat almaq mümkündür.