BANK

20 Noyabr
353

Ziya Nuriyev: "Müştərilər banka yaxınlaşmadan onlayn şəkildə müqaviləyə imza ataraq hesab aça biləcəklər."

Müştərilər banka yaxınlaşmadan onlayn şəkildə müqaviləyə imza ataraq hesablarını aça biləcəklər.

Bu barədə fins.az-a açıqlamasında "Rabitəbank"-ın baş direktoru Ziya Nuriyev məlumat verib

O bildirib ki, "Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təstiq olunaraq banklara təqdim olunub. Biz artıq bu sahədə işlərə başlamışıq.Ümumilikdə bank sektorunda hər bir bank individual olaraq bu işlərə artıq başlayıb. Müştərilərin rahatlığının təmini ilə bağlıdır. İllik dövriyyəsi 500 manata kimi olan və 6000 min manata kimi olan hesabların açılması nəzərdə tutulur.

bank rəsmisi qeyd edib ki, " Bizim planımızla gələn ilin birinci rübü ərzində biz artıq müştərilərimizə ilkin olaraq 500 manata kimi dövriyyəli hesabların açılması şəraitini yaradacağıq. Daha sonra çox güman ki, ikinci rüb ərzində video zəngin edilməsini nəzərdə tutan şərti və digər müəyyən saxlanma və eyniləşdirmə ilə bağlı şərtlərin tətbiqini icra edə biləcəyik. Bununla yanaşı həm hesabların açılması və müştərilərə onlayn kreditlərin təqdim edilməsi nəzərdə tutulur. Müştərilər banka yaxınlaşmadan onlayn şəkildə müqaviləyə imza ataraq hesabl aça biləcəklər"

Ziya Nuriyev deyib ki, "Biz hazırda “Rabitəbank”olaraq öz mobil bankımızda bu imkanların yaradılması üçün artıq qeyd etdiyim kimi işlərə başlamışıq .Bu qısamüddətli icra olunacaq məsələlər deyil. Orada razılaşdırılmalı qaydalar var. Riayət olunmalı prosedurlar var. Biz yeni prosesləri yazırıq həm də bankın maddi texniki bazasını da bunun üçün hazırlayırıq ki, müştərilərin buna imkanı olsun. Düşünürəm növbəti 3 ay ərzində “Rabitəbank”olaraq biz buna hazır olacağıq ki, müştərilər artıq, “Rabitəbank” rəqəmsal kanallarından öz online hesablarını aça bilsinlər. Bu gün maddi texniki baza buna hazır deyil, bu bank sistemi üçün gözlənilməz idi."

Fikirlərinin davamında o qeyd edib ki, "Hər bir bankın müştəri kütləsi var. Əminəm ki, hərhansı bir bank yenilik tətbiq edəndə həmin bankın imici üçün bazara müsbət mesajdır.Banklar bir birləri ilə kifayət qədər sıx rəqabət şəraitində fəaliyyət göstərirlər. Bütün banklar yeniliklərin tətbiqində ilk olmağa və rəqabətdə qalib gəlməyə çalışır. Bank bazarı kifayət qədər qısa bir zamanda yeni qaydalar uyğunlaşacaq."

Müəllif: Aynur Qəniyeva