BANK

20 Noyabr
346

İdarə Heyətinin sədri: "Rabitəbank" ASC-nin adını dəyişməsi gündəmdən çıxıb"

"Rabitəbank" ASC-nin adını dəyişməsi gündəmdən çıxıb"

Fins.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Bankın İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

"Rebrendinq barədə uzun müddət düşündük və bu qənaətə gəldik ki, indiki adımız müsbət imic qazanıb. Bankımız iqtisadi böhrandan da uğurla çıxıb və həm fiziki, həm də hüquqi şəxs müştəriləri qarşısında etibarlı tərəfdaş kimi tanınıb. "Rabitəbank" adı ilə bu günə gəlib çıxmışıqsa, onu qoruyub-saxlamalıyıq və dəyişikliyi yalnıq loqo, görünüş, şüar üzərində etməliyik. Yəgin ki, yaxın vaxtlarda ad dəyişməklə bağlı hər hansı planımız olmayacaq", - deyə bankir qeyd edib.

Qeyd edək ki, bu gün "Rabitəbank" imicini dəyişdiyini, bundan sonra müştərilərə "Rahat bankçılıq" şüarı ilə xidmət göstərəcəyini bəyan edib.