22 Noyabr

Palata: "Hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil"

"Hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil"

Fins.az xəbər verir ki, bu, Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş, böyük ehtimalla Maliyyə Bazarlarına Nəzarət Palatasınının sifarişi ilə hazırlanmış "Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?" başlıqlı məqalədə bildirilir.

Qeyd olunur ki, "Bu gün bəzi hallarda Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Qeyd edək ki, hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil. Belə ki, Azərbaycanda bank kreditlərinin istehlak faizləri orta hesabla təxminən 22,3 faiz, biznes kreditləri üzrə isə 8,6 faizdir. Təbii ki, bu rəqəm xarici valyuta üzrə olan biznes kreditlərində daha aşağıdır və bu rəqəm 5 faiz təşkil edir. İndiki dövrdə milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir.

Məqalədə həmçinin sahibkarlığa dəstəklə bağlı da göstəricilər də diqqətə çatdırılaraq bidirilir ki, "Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib"