BANK

02 Dekabr
203

Ölkədə bankomatların sayı ötən aya nisbətən artıb -DƏQİQ SAY

2019-cu ilin Oktyabr ayında bankların bankomatlarının sayı 20 ədəd artaraq 2612-yə çatıb.

Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə bankomatların sayı 110 ədəd artıb.

2016-cı ilin Oktyabr ayının sonunda Azərbaycan banklarının bankomatlarının sayı ən yüksək səviyyədə - 2711 ədəd təşkil etmişdi. Sonrakı dövrdə bir neçə bankın lisenziyasının ləğv edilməsi ilə əlaqədar olaraq bankomatların sayı 2017-ci ilin sonunda 2431 ədədək azalmışdı. Bu minimum səviyyə ilə müqayisədə bankomatların sayı 181 ədəd artıb