Kredit faizlərini endirən banklar
2019-cu ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib. Fins.az "report"-a xəbər verir ki, nağd kreditlər üzrə faiz dərəcəsi “AFB Bank”da 20%-dən 17%-ə, “BTB Bank”da 18-26%-dən 18-21%-ə, “Expressbank”da 17%-dən 16,15%-ə endirilib. Biznes kreditləri üzrə faiz dərəcələri hesabat ayında “AFB Bank”da 20%-dən 17%-ə düşürülüb, “Rabitəbank”da 16-23%-dən 16-29%-ə çatdırılıb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır,
Avtomobil kreditləri – “NBC Bank”
Təmir kreditləri – “Yelo Bank”
Lombard kreditləri – “Amrahbank”
İpoteka kreditləri – “Xalq Bank”
Mikro kreditlər – “Bank Respublika”
Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank”
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: