BANK

24 Aprel

Azərbaycanın bankçılıq missiyası ABŞ-nin Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə görüşüb

Azərbaycanın bankçılıq missiyası işgüzar səfər çərçivəsində ABŞ-nin Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının "X" sosial şəbəkəsindəki hesabında paylaşılıb.

Qeyd olunub ki, görüşdə MTBA tərəfindən ABŞ bankları ilə müxbir bank əlaqələrinin qurulması sahəsində ən yaxşı təcrübələrə dair praktiki sessiya keçirilib. Həmçinin iştirakçılarla ticarətin maliyyələşdirilməsi, ABŞ-nin bank sektorunda yeni inkişaf trendləri və maliyyə sektorunun gündəmində olan digər mühüm mövzular üzrə müzakirələr aparılıb.

Fuad Mədətov
Fins.az