BANK

27 Yanvar

Dollar depozitləri: Ən sərfəli təkliflər hansı bankdadır? - SİYAHI - CƏDVƏL

Xarici valyutaya investisiya qoyarkən ən yüksək gəlirliliyi təmin edən variantı seçmək vacibdir. Son dövrlərdə Azərbaycanda banklar arasında dollar depozitləri ilə bağlı rəqabət artaraq yeni zirvələrə çatıb.

Finss.az-ın məlumatına əsasən, rəqabət o qədər güclənib ki, bəzi banklar hətta əmanətlərin sığortalanması üzrə qanunla müəyyən edilmiş 2,5%-lik faiz həddini aşmağa başlayıblar.

Dollar əmanətlərində faizlər fərqlidir
Bankların dollar depozitləri üzrə təklif etdiyi faiz dərəcələri müxtəlif parametrlərdən – depozitin növü, müddəti, faizlərin ödəniş tezliyi və hətta bəzi hallarda əmanətin məbləğindən asılı olaraq dəyişir.

Yüksək gəlirlilik təklif edən banklar
Bir sıra banklar dollar əmanətləri üzrə rəqabətədavamlı faiz dərəcələri təklif edir. USD əmanətləri üzrə 4% və daha yüksək faiz dərəcəsi təqdim edən əsas banklar bunlardır:

  • Azərbaycan Beynəlxalq Bankı
  • AccessBank
  • AFB Bank
  • Unibank
  • Rabitəbank
  • VTB Bank
  • Ziraat Bank
  • Kapital Bank

Məsələn, Kapital Bank tərəfindən təklif edilən "Kapital Depoziti" məhsulu ilə müştərilər 12 ay müddətinə 50 000 USD-yə qədər yatırımlar üçün aşağıdakı şərtlərdən faydalana bilərlər:

  • Aylıq əsasda faiz ödənişi: 3,9%
  • Müddətin sonunda faiz ödənişi: 4%

Bununla yanaşı, AccessBank USD əmanətləri üzrə 01.04.2025-ci il tarixinədək xüsusi kampaniya həyata keçirir. Rabitəbank isə 31.01.2025-ci ilədək əmanət kampaniyası təklif edir.

Ən aşağı faizlər hansı banklardadır?
Bəzi banklar dollar depozitlərinə maraq göstərmir və bu, təklif olunan faiz dərəcələrinə də əks olunur. Məsələn:

  • Paşa Bank dollar əmanətlərinə ən aşağı faiz təklif edir – ildə cəmi 0,05%. Bu şərtlə banka yatırılan 10 000 dollar əmanət yalnız 5 dollar gəlir gətirir.

Digər banklar isə müştərilərinə 1-3% arasında faiz dərəcələri ilə depozit yerləşdirmə imkanı təqdim edir.

Bankların dollar əmanətləri üzrə faiz dərəcələri, müddətləri və faizlərin ödəniş şərtləri ilə bağlı ətraflı məlumat aşağıdakı cədvəldə təqdim olunur:

Bank Depozit Növü Müddət (ay) Əmanət Faizi (aylıq ödənişdə) Əmanət Faizi (müddətin sonunda) Əmanət Faizi (rüblük ödənişdə)
ABB Klassik Əmanət 3 2.5% 3%  
    6 3% 3.5%  
    12 4% 4.5%  
    18 4% 4.5%  
Azər-Türk Bank Klassik Əmanət 12   0.1%  
AccessBank Müddətli Depozit 6 3.5% 4%  
    12 4% 4.5%  
    18 3.5% 4%  
    24 3.5% 4%  
AFB Bank Müddətli Əmanət 12 2.5% 3%  
    18 3% 4%  
    24 4% 5%  
    36 4% 5%  
Bank BTB Proqressiv Əmanət 6-8 1.25% 1.5%  
    9-11 1.75% 1.75%  
    12 2% 2%  
Bank of Baku Dinamik Əmanət 1-3 0.1% 0.1%  
    12 3% 3.1%  
    24 3.1% 3.2%  
Bank Respublika Müddətli Əmanət 3-11 3% 3%  
    12-23 3.5% 3.5%  
    24-36 3.5% 3.5%  
Kapital Bank Kapital Depoziti 12 3% 3.3%  
    24 3.1% 3.4%  
Rabitəbank Universal Əmanət 3   3.5%  
    12 3.6% 4%  
Yelo Bank Yelo Sabit 6 3% 3.5%  
    12 2.5% 3%  
Ziraat Bank Standard Əmanət 3   3%  
    12 3.25% 3.75%  

Fuad Mədətov
Finss.az