2024-cü ilin 1 dekabr tarixinə Azərbaycan qiymətli kağızlar üzrə faiz gəlirləri 392,7 milyon manat təşkil edib.
Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin 1 noyabr tarixinə nisbətən 33,5 milyon manat və ya 9,3% artıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 3,2 milyon manat və ya 0,8% azalıb.
2023-cü ilin 1 dekabr tarixinə bankların qiymətli kağızlar üzrə faiz gəlirləri 359,2 milyon manat olub. 2024-cü ilin 1 noyabr tarixinə isə bu göstərici 395,9 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az