“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) kiçik sahibkarlıqla məşğul olan müştərilərinə ABB Biz platforması vasitəsilə sürətli və təminatsız kredit imkanı təqdim edir.
Finss.az xəbər verir ki, bu xidmət qısamüddətli və uzunmüddətli maliyyə dəstəyi sayəsində kiçik bizneslərin inkişafını dəstəkləməyi hədəfləyir.
Kiçik Biznes Krediti məhsulu vasitəsilə sahibkarlar ABB Biz mobil tətbiqi üzərindən tamamilə onlayn qaydada kredit üçün müraciət edə bilərlər. Elektron ərizə təqdim edildikdən dərhal sonra kredit təklifləri formalaşdırılır və təsdiq olunduqda vəsait birbaşa müştərinin hesabına köçürülür.
Kredit şərtləri aşağıdakı kimidir:
- Maksimal məbləğ: 100.000 AZN
- Müddət: 3–48 ay
- Faiz dərəcəsi: 9%-dən başlayaraq
- Xidmət haqqı: 0%
- Təyinat: Əsas və dövriyyə vəsaitlərinin artırılması
Əsas üstünlüklər:
- Tam onlayn müraciət prosesi
- Zamin və girov tələbi yoxdur
- Anında kreditləşmə imkanı
ABB-nin bu təşəbbüsü kiçik və orta sahibkarların maliyyə resurslarına rahat çıxışını təmin edərək onların fəaliyyətlərini genişləndirməsinə şərait yaradır.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-biznes/onlayn-kreditler/kicik-biznes-krediti