Yelo Bank ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə və biznes sahiblərinə dəstək məqsədilə sərfəli şərtlərlə Biznes Krediti təklif edir. Bankın təqdim etdiyi bu məhsul həm yeni fəaliyyətə başlayan, həm də artıq oturuşmuş kiçik və iri bizneslər üçün nəzərdə tutulub.
Finss.az xəbər verir ki, kreditin məbləği AZN valyutası ilə 50.000 – 5.000.000 manat, USD ilə isə 30.000 – 3.000.000 dollar arasında dəyişir. Kredit müddəti 3 aydan 60 ayadək təyin olunur. Faiz dərəcəsi AZN üzrə minimum 11%, USD üzrə isə minimum 3% təşkil edir. Rəsmiləşdirmə zamanı komissiya dərəcəsi 0.3%-dən 1%-dək müəyyən olunur.
Yelo Bank bu kredit məhsulu üzrə 18 ayadək güzəşt müddəti də təqdim edir ki, bu da sahibkarların ilk mərhələdə maliyyə yükünü azaltmağa və fəaliyyətə daha rahat başlamalarına imkan yaradır.
Kredit üzrə təminat kimi təqdim edilə bilər:
- Daşınar və daşınmaz əmlak
- Biznes avadanlıqları
- Zaminlik
Faktiki illik faiz dərəcəsi (FİFD):
- Minimum: 13%
- Maksimum: 22%
Bank, biznesin dövriyyəsi və fəaliyyət həcmini nəzərə alaraq sahibkara uyğun fərdi kredit məbləğini təklif edir. Bu kredit məhsulu ilə sahibkarlar mağazalarını böyüdə, yeni sahələrə sərmayə yönləndirə, istehsalat gücünü artıra və avadanlıqlarını yeniləyə bilərlər.
Yelo Bank-ın bu təşəbbüsü aşağı faizli, çevik və şəffaf şərtləri ilə bizneslərin maliyyə yükünü yüngülləşdirərək strateji inkişafı dəstəkləməyi qarşısına məqsəd qoyur.
Ətraflı məlumat üçün keçid: //www.yelo.az/az/business/loans/business-loan
Fuad Mədətov
Finss.az